Manor hələ də xilas ola bilər…

Komanda yarandığı gündən bəri dəfələrlə mürəkkəb vəziyyətlərə düşüb və müxtəlif adlarla çempionatdakı çıxışını davam etdirə bilib. Lakin komandaya son üç ildə ikinci dəfə xarici idarəetmə tətbiq olunub. Çempionatda qalmaq şansı isə hələ də var.

F-1.az xəbər vermişdi ki, Manor-un başçısı Stiven Fitspatrikin komandanı satmaq cəhdləri uğursuzluqla nəticələnmiş, komandaya xaricdən idarəetmə tətbiq olunmuşdu. Ceff Rouli və Fil Armstronq xaricdən idarəçilər təyin edilmişdilər. Dünən isə bildirmişdik ki, komandanın yeni sərmayədar tapmaq üçün bir həftə – yanvarın 20-nə qədər vaxtı var.  Sky Sports-un məlumatına görə, asiyalı investorlar konsorsiumu ilə komandanın satılması barədə danışıqlar başlanılıb. Onlar ötən ilin sonunda da buna maraq göstəriblər, lakin danışıqlar rəsmiyyət qazanmayıb.

Komandanın məzuniyyətə göndərilməyən işçiləri yanvar ayı üçün maaşlarını alacaqlar. Lakin yeni maşının istehsalına başlaya bilməzlər, çünki xaricdən idarəçilər kreditorların maraqlarının müdafiəsi üçün komandanın bütün xərclərinə qadağa qoyublar. Əgər komanda yeni sahibinə qovuşsa, FİA onlar üçün istisna edə bilər – keçən mövsüm istifadə olunan maşının təkmilləşdirilməsinə icazə verilə bilər. İstənilən halda, Manor-un adı çempionatıın iştirakçıları siyahısında qalıb, lakin onların ilk üç yarışı buraxma ehtimalları var.

Əgər yanvarın sonuna qədər komanda satılmasa, bütün işçilər məzuniyyətə göndəriləcəklər və kreditorların maraqlarının müdafiəsi üçün komandanın əmlakı satışa çıxarılacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*