F-1.az xatırladır ki, ilin əvvəlində Manor-a xarici idarəetmə tətbiq edilmişdi. Komandanın xilasolma ümidləri davam etsə də, yanvarın sonunda məcburi şəkildə bütün işçilər evə buraxılmışdılar.
Komandanın xilas olması üçün son ümidlər də boşa çıxıb – asiyalı investorlarla aparılan danışıqlar bir nəticə verməyib. Bu gün məlum olub ki, Manor-un sahibi Stiven Fitspatrik FİA-ya komandasının Formula1-dən getdiyini bildirən məktub yazıb. Federasiya yaxın günlərdə iştirakçıların yeni cədvəlini dərc edəcək…