Artıq Manor və Sauber-dən başqa bütün komandalar gələn il yarışacaqları sürücülərin adlarını açıqlayıblar. Erikssonun Sauber-də qalacağı gözlənilir, Nasrın da sponsorlarla bağlı problemlərini həll edəcəyi halda öz yerini qoruyacağı bildirilir.
F-1.az bildirir ki, Nasr Manor-a keçmək variantına da baxır. Manor-da yarışmaq ehtimalı olan digər sürücülər isə Verlyayn, Haryanto və Haas-dan ayrılan Qutyerresdir. Nasrın Sauber-də qalmaq istədiyi bildirilir, lakin bu alınmasa, braziliyalı Manor-a üz tuta bilər. Belə görünür ki, Verlyaynın komandada qalacağı dəqiqdir, lakin son qərarı Mercedes verəcək. Gələn il yenidən Manor-a qayıtmaq istəyən Haryanto maddi mənbə axtarışındadır. Qutyerresin isə həm Manor-la, həm də Sauberlə danışıqlar apardığı bildirilir…