Keçən il Ferrari komandası ilə ehtiyat sürücü müqaviləsi imzalayan Pedro de la Rosa sürücülərin həmkarlar ittifaqının (GPDA) sədri vəzifəsinə qayıtmışdı, amma indi bu başağrıdan vəzifəni tərk etmək qərarına gəlib. Malayziyada sürücülər quruma yeni sədr seçəcəklər.
Ənənəyə görə, GPDA rəhbərliyi 3 direktordan ibarət olur ki, onlardan biri sədr təyin olunur. Pedro de la Rosa bu vəzifəni 2008-2010-cu və 2012-2013-cü illərdə icra edib. GPDA-in digər iki direktoru Censon Batton və Sebastyan Fetteldir.