Malayziya təqvimə qayıtmaq istəyir?

Sepanq trası F1-ə sonuncu dəfə 2017-ci ildə ev sahibliyi edib və bundan sonra ölkə maddi problemlərə görə yarışdan imtina edib.

F-1.az xəbər verir ki, Malayziyanın avtoidman federasiyasının prezidenti Tan Şni Moxzani Maxatxir son müsahibəsində bunun üçün vaxt lazım olduğunu bildirib: “Biz Formula1 yarışına ev sahibliyi etməkdə problem görmürük. Sual ondan ibarətdir ki, bunun pulunu kim ödəyəcək və biz bunu ödəyə bilərik? Qran Prinin təşkilinin indi nə qədər məbləğ tələb etdiyini bilmirəm, amma 2017-ci ildəkindən daha bahadır.

Formula1 illər keçdikcə populyarlıq qazanıb. Çempionatın Netflix serialı sayəsində yeni tamaşaçı kütləsi var, ona görə də indi bir çox ölkə Qran Priyə ev sahibliyi etmək istəyir.

Sepanqı ən çətin traslardan biri adlandıran və onun təqvimə qayıtmasını istəyən sürücülər barədə eşidirik. Formula1 rəhbərliyi ilə yaxşı münasibətimiz var, biz onları 1996-cı ildən, danışıqlara yeni başladığımız vaxtdan tanıyırıq. Beləliklə, yarışların bizə qayıtması zaman alacaq məsələdir”.

Xatırladaq ki, bir neçə il əvvəl Sinqapurla Malayziyanın növbəli şəkildə yarış keçirməsi məsələsi gündəmə gəlmişdi və ölkələrin heç biri buna isti yanaşmamışdı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*