Formula1-də qırx Qran Prinin iştirakçısı, Amerikanın Lə Man seriyasının ikiqat qalibi, əfsanəvi “Lə Manın 24 saatı” yarışının qalibi Emanuele Pirro Malayziya Qran Prisində üçüncü stüard vəzifəsini icra edəcək.
Keçən il Pirro FİA tərəfindən mövsümün son yarışına stüard təyin olunmuşdu. Malayziyada digər iki stüard FİA-nın Ümumdünya şurasının üzvü Harri Konelli və Venesuelanın İdman Komissiyasının prezidenti Vinçenso Spano olacaq.