Malayziya Qran Prisi: Trasda dəyişikliklər və ötmə zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. […]

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, start düzlüyündə çalışan marşalları qorumaq üçün pit divarı ətrafında əlavə baryerlər qurulub ki, startda baş verən qəza zamanı maşınların qırıntıları insanlara zərər yetirməsin. Federasiya həm də bildirib ki, həftəsonu boyu trasın kənarındakı ot örtüyünə xüsusi nəzarət edəcək, çünki “asfaltda kələ-kötür yerlərin sayı ilbəil artır”.

Keçən il olduğu kimi FİA yenə də Sepanqda hər iki düzlükdə DRS-dən istifadə olunmasına icazə verib. 12-ci döngədən 54 metr sonra yerləşən interval ölçülən nöqtədə maşınlar arasındakı məsafə 1 saniyədən az olarsa, onda 14-cü döngədən 104 metr sonra arxadakı sürücü arxa antiqanadın hərəkətli elementindən istifadə edə bilər. İnterval ölçülən ikinci nöqtə 15-ci döngədən 16 metr sonra yerləşir, daha 12 metr irəlidə isə DRS-in aktivasiya nöqtəsi yer alıb…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Malayziya Qran Prisi: Trasda dəyişikliklər və ötmə zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. […]

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib.

Beşinci döngənin çıxışındakı porebriklər altıncı döngəyə qədər uzadılıb, 15-ci döngənin girişinə isə yeni porebriklər döşənib. Birinci, səkkizinci və on ikinci döngələrin apeksində süni otluq sahəsi ləğv olunub, otluq sahələr qalan ərazilərdə isə hamarlama və kənarların bərkidilməsi işləri görülüb.