Dözülməz isti və tropik leysan yağışlar… Proqnozlara görə yağış yağması ehtimalı çoxdur…
F-1.az xatırladır ki, Sepanq böyük yarış kompleksidir, burada gözəl və elektronika ilə dolu olan tras, üstübağlı tribunalar, 500 jurnalist üçün nəzərdə tutulmuş daxili telekanal və mətbuat mərkəzi yerləşir. Sepanqa qədər Formula1-də belə şeylər yox idi, sonra isə bu kompleksi nümunə kimi götürməyə başladılar…
Tras: Sepanq, Kuala Lumpur
Dövrənin uzunluğu: 5543 m
Dövrələrin sayı: 56
Ümumi məsafə: 310.408 km
Trasda döngələrin bütün növlərinə rast gəlinir, istiqamətini tez dəyişən sürətli döngələrdən (beşinci və altıncı döngələr), yavaş sancaqlara qədər. Maşınları bu rəngarəngliyə sazlamaq üçün mühəndsilər kompromisə getməli olurlar, amma sazlanmalarla bütün problemləri həll etmək olmur – Malayziyada üstünlüyü balansı yaxşı olan və stabil maşın ələ alır.
Sepanqda maşınlar asfalta yatma qüvvəsinin orta səviyyəsinə sazlanırlar, dövrənin 64%-i qaz pedalını tam basmaqla qət edilir, ona görə də çox şey motorun etibarlılığından asılıdır. Sürücülər üçün də ağır yarışdır – onların hər biri 2-2.5 kq çəki itirəcəklər.
Pirelli Malayziyaya ən bərk təkərlərini – Hard və Medium tərkiblərini gətirəcək, hava proqnozu isə yüksək ehtimalla yağış yağmasını vəd edir, ona görə də yağış və keçid təkərlərindən də istifadə oluna bilər.