F-1.az xatırladır ki, Malayziya hökuməti və Sepanq trasının rəhbərliyi ölkədə yarışlara azalan marağa görə Formula1-i gələn il qəbul etməkdən imtina edə biləcəklərini açıqlamışdılar. Bəzi məlumatlara görə, bu qərar hər an verilə bilərdi. Lakin Sepanq trasının rəhbəri Razlan Razali yerli xəbər agentliyi Bernama-ya verdiyi açıqlamada trasın təqvimdə qalacağını bildirib: “Biz keçən il imzalanan və 2018-ci ilə qədər olan müqaviləni pozsaq, qanun qarşısında məsuliyyət daşımalı olacayıq. Bu məsələni bir də 2018-ci ildə müzakirə ediləcək. Yəni, gələn mövsümdə də təqvimdə olacayıq”.
Malayziya Qran Prisi təqvimdə qalır
Yarışın təşkilatçıları təqvimdən çıxacaqları təqdirdə, Formula1 rəhbərliyi ilə olan müqaviləni pozduqları üçün məsuliyyət daşımalı olacaqlarını etiraf ediblər.