Quru. Buludlu. İkinci sessiyada yağış. Havanın temperaturu +32° C, trasın temperaturu +56° C
Malayziya Qran Prisinin gedişinə yenə də hava şəraiti müdaxilə edib. Dünən sərbsət yürüşlərdə asfalt örtüyünün temperaturu 60 dərəcəyə yaxınlaşsa da, bu gün səhər yürüşlərdə artıq rekord göstərici qeyd alınıb: +62 dərəcə.
Dünən və bu gün səhər protokollara yalnız Mercedes AMG komandasının sürücüləri başçılıq ediblər – Rosberq həm dünən, həm də bu gün səhər birinci olub, Həmilton isə dünən nahardan sonra lider olub. Ferrari sürücüləri liderlərə ən yaxın olub, bir qədər geridə isə Williams sürücüləri yerləşiblər.
Avstraliyada sıralanma turunda 9 komanda iştirak etmişdi, bu dəfə Manor komandası da trasa çıxıb. Düzdür, Stivens bu gün səhər yanacaq sistemindəki problem üzündən məşqlərə çıxmamışdı, amma komanda problemi sıralanma turuna qədər həll etməyə çalışırdı. Amma yekunda trasda yalnız Roberto Merhi çalışıb.
Hava proqnozu böyük ehtimalla sıralanma turunun gedişində yağış vəd edib – keçən il məhz yağışa görə sıralanma turu 1 saat təxirə salınmışdı. Trasa qara buludlar əhatə edib, tez-tez ildırım, şimşək çaxıb, amma ilk sessiya quru havada baş tutub.
Yağışın yaxınlaşmasını görən sürücülər dərhal yüksək nəticə göstərməyə çalışblar. Ona görə də 3 sürücüdən başqa hamı dərhal trasa Medium tərkibi ilə çıxıb. Həmilton da Medium-la protokollara başçılıq edib – 1:39.269. Mübarizəni isə McLarenvə Manor komandaları tam heyətlə və Felipe Nasr dayandırıblar. Stivens trasa heç çıxmayıb, Merhi isə 107%-lik səddi keçə bilməyib.
İkinci sessiya başlamamış pit-leyndin çıxışında növbə yaranıb – yağış başlamamış hamı nəticə göstərməyə tələsib. Protokollara Niko Rosberq başçılıq edib – 1:39.376, Həmilton isə yalnız 8-ci ola bilib. Kimi Rəykkönen isə Eriksonun arxasında vaxt itirərək onluğa daxil ola bilməyib. Yağış başladığı üçün faktiki olaraq sessiya başa çatıb – qırmızı bayraqlar dalğalanıb. Nəticədə Rəykkönen, Maldonado, Hülkenberq, Peres və Sayns finala çıxa bilməyiblər.
Avtodroma toplaşanlar tropik leysan yağışının nə olmasını öz üzərərində hiss ediblər, tras bol sulu axar çaylara dönüb. Tezliklə yağış dayanıb, trasa iki dəfə Təhlükəsizlik Maşını çıxıb – təftişdən sonra restarta icazə verilib.
Son sessiyada sürücülər seçim qarşısında qalıblar: keçid təkərlər yoxsa ağır yağış təkərləri? Həmilton keçid təkərlərlə ilk cəhdində protokollara başçılıq edib – 1:49.834, ona görə hamı yaşıl təkərlərə keçib. Tras quruduğu üçün sürətlər artsa da, Həmiltonun nəticəsi toxunulmaz qalıb və britaniyalı sürücü karyerasında 40-cı poulunu qazanıb.
Gözlənilmədən ikinci nəticəni Sebastyan Fettel göstərib – almaniyalı sürücü Niko Rosberqi qabaqlaya bilib. Red Bull sürücüləri ilk üçlüyü uduzublar, amma Rikkardo Kvyatı üstələyib. Maks Ferstappenin 6-c nəticəsi isə çox gözlənilməz olub.
F-1.az xatırladır ki, sabah Bakı vaxtı ilə saat 12:00-da yarışa start veriləcək. Bizi çox maraqlı yarış gözləyir!
Yer | Pilot | Komanda | Motor | I sessiya | II sessiya | III sessiya | |||
Yer | Vaxt | Yer | Vaxt | Vaxt | Fərq | ||||
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 01 | 1:39.269 | 08 | 1:41.517 | 1:49.834 | – |
02 | S.Fettel | Ferrari | Ferrari | 03 | 1:39.814 | 02 | 1:39.632 | 1:49.908 | + 0.074 |
03 | N.Rosberq | Mercedes AMG | Mercedes | 02 | 1:39.374 | 01 | 1:39.377 | 1:50.299 | + 0.465 |
04 | D.Rikkardo | Red Bull | Renault | 10 | 1:40.504 | 04 | 1:41.085 | 1:51.541 | + 1.707 |
05 | D.Kvyat | Red Bull | Renault | 12 | 1:40.546 | 09 | 1:41.665 | 1:51.951 | + 2.117 |
06 | M.Ferstappen | Toro Rosso | Renault | 13 | 1:40.793 | 07 | 1:41.430 | 1:51.981 | + 2.147 |
07 | F.Massa | Williams | Mercedes | 11 | 1:40.543 | 06 | 1:41.230 | 1:52.473 | + 2.639 |
08 | R.Qrojan | Lotus | Mercedes | 06 | 1:40.303 | 05 | 1:41.209 | 1:52.981 | + 3.147 |
09 | V.Bottas | Williams | Mercedes | 05 | 1:40.249 | 03 | 1:40.650 | 1:53.179 | + 3.345 |
10 | M.Erikson | Sauber | Ferrari | 07 | 1:40.340 | 10 | 1:41.748 | 1:53.261 | + 3.427 |
11 | K.Rəykkönen | Ferrari | Ferrari | 09 | 1:40.415 | 11 | 1:42.173 | – | – |
12 | P.Maldonado | Lotus | Mercedes | 08 | 1:40.361 | 12 | 1:42.198 | – | – |
13 | N.Hülkenberq | Force İndia | Mercedes | 14 | 1:40.830 | 13 | 1:43.023 | – | – |
14 | S.Peres | Force İndia | Mercedes | 15 | 1:41.036 | 14 | 1:43.469 | – | – |
15 | K.Sayns | Toro Rosso | Renault | 04 | 1:39.814 | 15 | 1:43.701 | – | – |
16 | F.Nasr | Sauber | Ferrari | 16 | 1:41.308 | – | – | – | – |
17 | C.Batton | McLaren | Honda | 17 | 1:41.636 | – | – | – | – |
18 | F.Alonso | McLaren | Honda | 18 | 1:41.746 | – | – | – | – |
19 | R.Merhi | Manor | Ferrari | 19 | 1:46.677 | – | – | – | – |
20 | U.Stivens | Manor | Ferrari | 20 | – | – | – | – | – |