Malayziya Qran Prisi: Pirelli – Hard və Soft

Avstraliyada komandalar yarışda müxtəlif strategiyalardan istifadə etmişdilər – bir pit-stopdan üç pit-stopa qədər, amma Pirelli Motorsport-un başçısı Pol Hembri hesab […]

Avstraliyada komandalar yarışda müxtəlif strategiyalardan istifadə etmişdilər – bir pit-stopdan üç pit-stopa qədər, amma Pirelli Motorsport-un başçısı Pol Hembri hesab edir ki, Malayziyada sürücülər bokslarda üç və ya dörd dəfə dayanmalı olacaqlar.

Bundan başqa, cümə günü sərbəst yürüşlərdə komandalar əlavə iki dəst təkər alacaqlar – söhbət Hard tərkibin eksperiment versiyasından gedir…

Pol Hembri: “Biz Avstraliyadakı debütdən həyəcanlanmışıq, amma qarşıda bizi yeni çağırış gözləyir – Malayziyada temperatur yüksək olacaq və təkərlər daha sürətlə yeyiləcək. Melburndan əvvəl biz 2 və ya 3 pit-stopdan danışırdıqsa, bu dəfə çox güman ki, onların sayı 3-4 olacaq. Uik-endin gedişində yağışın yağma ehtimalı da yüksəkdir, ona görə də bizim yağış təkərlərinin də effektlivliyi vacib olacaq.

İşlər davam edir, ona görə də cümə sərbəst yürüşlərində komandalar əlavə iki dəst təkər alacaqlar. Mövsümün gedişində testlər qadağan olunub, amma cümə günü biz faydalı məlumat toplaya bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*