Sepanqda təkərlərin yeyilmə dərəcəsi olduqca yüksəkdir, ona görə də yarışda təkərlərlə effektiv işləmə və düşünülmüş strategiya həlledici rol oynayacaq. Bundan başqa, f-1.az xatırladır ki, komandalar yağışın istənilən vaxt yağmasına hazır olmalıdırlar…
Pol Hembri (Pirelli Motorsport): “İki həftə əvvəl Avstraliyada bizim testlərdə gəldiyimiz qənaət təsdiq olundu – keçən illə müqayisədə dövrənin nəticəsi iki saniyə yaxşılaşıb. Təkərlərə düşən yüklənmə həndəsi silsilə ilə artıb və asfaltın codluluğu təsvimdən ən çox olan, sürətli döngələrlər zəngin olan və ən isti hava olan Sepanqda təkərlərə çox çətin olacaq. Biz ən bərk təkər cütlüyünü seçmişik – Hard və Medium, 2011-ci ildə çempionata qayıtdıqdan sonra bu trasda ancaq eyni tərkiblərlə işləmişik.
Çox güman ki, komandalar yenə də ən azı iki pit-stop etməli olacaqlar, amma hava faktoru yarışın gedişinə müdaxilə edə bilər. Avstraliyada Təhlükəsizlik Maşını yarışın startında trasa çıxmışdı, ona görə də sürücülərin çoxu cəmi bir dəfə pit-stop etdi. Sepanqda isə təkərin yeyilməsi çox olacaq, ona görə də təkərlərin effektivliyi ön plana keçəcək”.