FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Sepanq avtodromunda istifadə zonasını təyin edib. Bu il reqlamentə uyğun olaraq Malayziyada da sürücülər trasın iki hissəsində DRS sistemini aktivləşdirə biləcəklər.
Əgər 12-ci döngənin apeksindən 54 metr sonra iki maşın arasında məsafə bir saniyədən az olarsa, onda geridə olan maşın arxa düzlükdə (14-cü döngədən 104 metr sonra) DRS-i aktivləşdirə bilər. İkinci ötmə zonası isə keçənilki yerdə olacaq: əgər sonuncu döngənin apeksindən 16 metr sonra iki maşın arasında interval 1 saniyədən az olarsa, onda 12 metr getdikdən sonra geridə olan maşın arxa antiqanadın hərəkətli elementindən yararlana bilər…