F-1.az xəbər verir ki, Malayziya Qran Prisi ərəfəsində Brembo şirkətinin mühəndisləri Sepanq avtodromunda ən ciddi əylənmə nöqtəsini – birinci döngənin girişini təsvir edən videoçarx hazırlayıblar.
Sürücülər 142 metr ərzində sürəti 239 km/saat azaltmalıdırlar, bu zaman əylənmədən 2800 kVt güc ayrılır, yüklənmə 5.4g-ni keçir, əyləc pedalına edilən təsyiq isə 155 kg təşkil edir…