F-1.az xəbər verir ki, William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış uik-endi üçün növbəti cədvəllərini tərtib ediblər.
Mercedes AMG komandasının Melburnda dominantlığından sonra bukmeykerlər hesab edirlər ki, Sepanqda da qüvvələr nisbəti dəyişməyəcək…
Yarışda qələbə (sürücülər):
1. L.Həmilton – 1.50
2. N.Rosberq – 3.00
3. S.Fettel – 15.00
4. F.Massa, K.Rəykkönen – 26.00
5. D.Rikkardo – 51.00
6. D.Kvyat – 126.00
7. F.Alonso – 201.00
8. K.Sayns, M.Ferstappen, R.Qrojan, P.Maldonado, F.Nasr – 301.00
Titul uğrunda mübarizədə də Lyuis Həmilton komanda yoldaşını qabaqlayır. Maraqlıdır ki, Avstraliyada dördüncü olmuş Felipe Massanın titul şansı həmin yarışa çıxmamış komanda yoldaşı Valtteri Bottasın şansı ilə bərabər qiymətləndirilir…
Çempionatda qələbə (sürücülər):
1. L.Həmilton – 1.36
2. N.Rosberq – 3.50
3. S.Fettel – 21.00
4. D.Rikkardo, F.Massa, V.Bottas, K.Rəykkönen – 51.00
5. F.Alonso – 101.00
6. C.Batton – 201.00
7. D.Kvyat – 251.00
Mühəndislər Kubokunda bukmeykerlər Ferrari-nin mövsümün sonunda ikinci olmasına inanırlar. McLaren komandasının da şanslarını yüksək qiymətləndiriblər…
Çempionatda qələbə (komandalar):
1. Mercedes AMG – 1.02
2. Ferrari – 21.00
3. Williams – 41.00
4. Red Bull – 51.00
5. McLaren – 101.00
6. Lotus – 501.00
7. Toro Rosso, Sauber – 1001.00
8. Force India 2501.00