Quru. Günəşli. Havanın temperaturu +29°-32° C, trasın temperaturu +39°-49° C
İlk sessiya kifayət qədər aktiv alınıb. İlk yarım saat ərzində Pirelli-nin təqdim etdiyi əlavə təkərləri bütün sürücülər istifadə ediblər. Hətta, Manor komandasının sürücüsü Uill Stivens də protokollara düşə bilib. Onun komanda yoldaşı Roberto Merhi isə daha sonra trasa çıxa bilib.
Ferrari və Mercedes AMG komandalarında da sürücülərdən birinin maşınında problemlər yaşanıb. Ferrari dördqat dünya çempionu Fettelin problemini tezliklə həll edə bilib və almaniyalı sürücü trasda işləyib. Amma sonuncu dünya çempionu Lyuis Həmilton heç bir nəticə göstərə bilməyib – britaniyalı sürücünün maşınında motor problemi üzə çıxıb və hazırda mexaniklər sürücünü nahardan sonra trasa buraxmağa çalışırlar.
Sessiyanın startında Niko Rosberq ən yaxşı nəticəyə imza atıb, ilk yarım saat ərzində onun təqibçiləri Toro Rosso və Red Bull sürücüləri olublar. Amma sessiyanın sonunda Ferrari sürücüləri sürətləniblər, xüsusən də Kimi Rəykkönen Rosberqə cəmi 0.373 saniyə uduzub.
Lotus komandasının sürücüləri də yaxşı təsir bağışlayıblar. Sessiyanın sonunda isə Daniel Rikkardonun maşınında problemlər meydana gəlib. F-1.az xatırladır ki, nahardan sonra sürücülər işlərini davam etdirəcəklər…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:40.124 | – | 20 |
02 | K.Rəykkönen | Ferrari | Ferrari | 1:40.497 | + 0.373 | 17 |
03 | S.Fettel | Ferrari | Ferrari | 1:40.985 | + 0.861 | 13 |
04 | R.Qrojan | Lotus | Mercedes | 1:41.543 | + 1.419 | 14 |
05 | K.Sayns | Toro Rosso | Renault | 1:41.596 | + 1.472 | 26 |
06 | D.Rikkardo | Red Bull | Renault | 1:41.787 | + 1.663 | 15 |
07 | M.Ferstappen | Toro Rosso | Renault | 1:41.803 | + 1.679 | 23 |
08 | V.Bottas | Williams | Mercedes | 1:41.882 | + 1.758 | 23 |
09 | D.Kvyat | Red Bull | Renault | 1:42.055 | + 1.931 | 18 |
10 | M.Erikson | Sauber | Ferrari | 1:42.064 | + 1.940 | 16 |
11 | F.Massa | Williams | Mercedes | 1:42.103 | + 1.979 | 23 |
12 | P.Maldonado | Lotus | Mercedes | 1:42.567 | + 2.443 | 19 |
13 | R.Marçyello | Sauber | Ferrari | 1:42.621 | + 2.497 | 13 |
14 | F.Alonso | McLaren | Honda | 1:42.885 | + 2.761 | 20 |
15 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:42.893 | + 2.769 | 13 |
16 | S.Peres | Force İndia | Mercedes | 1:43.054 | + 2.930 | 15 |
17 | C.Batton | McLaren | Honda | 1:43.100 | + 2.976 | 19 |
18 | U.Stivens | Manor | Ferrari | 1:46.686 | + 6.562 | 8 |
19 | R.Merhi | Manor | Ferrari | 1:47.683 | + 7.559 | 8 |
20 | L.Həmilton | Mercedes AMG | Mercedes | – | – | 4 |