F-1.az xatırladır ki, Malayziya QP-nin məsulları bildirmişdilər ki, bilet satışları zəif gedir və buna görə də Formula1-dən ayrıla bilərlər.
Malayziyanın idman və gənclər naziri Xayri Camaluddin Formula1-in çox bahalı olduğunu və artıq daha populyar olan MotoGP-yə fokuslanmaq istədiklərini demişdi.
Sepanqın Formula1 ilə olan müqaviləsi 2018-ci ildə bitəcək və Malayziyanın turizm və mədəniyyət naziri Nəzri Əbdul Əziz yeni müqavilə imzalamayacaqlarını bildirib: “Hazırkı müqavilə 2016-2018-ci illəri əhatə edir. Müqavilə bitəndən sonra yarış olmayacaq. Formula1 artıq cəlbedici deyil. Yarışın təşkilatı üçün hər il 97 milyon dollar xərc çəkirik. Formula1-ə ev sahibliyi etmək xərcləri son 20 ildə 10 dəfə artıb”.