Malayziya-2017: Yarışa hava proqnozu

Cümə günü ilk məşqlərdə yağış yağsa da, qalan sessiyalar quru trasda baş tutub, lakin yarış zamanı yenidən yağışın yağması gözlənilir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər yerli vaxtla 15:00-da qızdırma dövrəsinə yollanacaqlar. Həmin vaxt temperatur +31 dərəcə, hava dəyişkən buludlu olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Hazırda yarış saatlarında yağışın yağma ehtimalı 50% qiymətləndirilir.

Xatırladaq ki, Malayziya Qran Prisi keçən il quru havada baş tutmuşdu…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*