Malayziya-2017: Pirelli-dən Medium, Soft və SuperSoft

Bu il Pirelli ilk dəfə Malayziya Qran Prisinə orta üçlüyü - Medium, Soft və Supersoft tərkiblərini gətirəcək.

F-1.az xatırladır ki, Pirelli əvvəllər Sepanq avtodromuna arsenalında olan ən bərk tərkibləri gətirirdi, çünki çətin şəraitdə ancaq bu tərkiblərlə işləmək olurdu. Amma keçən il döşənən yeni asfalt örtüyü elə də cod deyil və builki təkərlər daha bərk olduğu üçün italyanlar seçimlərini orta üçlükdə dayandırıblar…

Mario İzola: “Keçən il Malayziya yarışı bu trasdakı əvvəlki yarışlardan fərqli alınmışdı, hər şeydən əvvəl yeni döşənmiş asfalta görə. Trasdakı drenaj sistemi də yenilənmişdi – güclü yağışlar olan bir regionda bu çox mühüm yenilik idi. Yeni asfaltın xarakteristikası bu il dəyişə bilər, baxa görək yeni maşınlar və yeni təkərlər bu dəfə necə olacaqlar.

Malayziyada hələ belə yumşaq təkərlərdən istifadə olunmayıb – ilk dəfə sürücülər bu trasda SuperSoft-la işləyəcəklər, biz isə 100% trasın yeni rekordunu görəcəyik. Əvvəllər istifadə olunan taktiki variantların hamısına yenidən baxılmalıdır, ona görə də sərbəst yürüşlərdə hər bir komanda üçün maksimum məlumat toplamaq çox vacibdir”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*