Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Sinqapur Qran Prisinin ilk döngəsində baş verən insidentin iştirakçıları: Ferrari-dən Kimi Rəykkönen və Sebastyan Fettel, Red Bull-dan isə Maks Ferstappen jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Toro Rosso-nun sürücüləri Karlos Sayns və Pyer Qasli ilə yanaşı Sauber-dən Markus Eriksson mətbuat işçilərinin qarşısında oturacaqlar.
Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Kristian Horner (Red Bull), Frederik Vassyör (Sauber) və Otmar Safnauer (Force İndia), sonra isə Toto Volff (Mercedes), Mario İzola (Pirelli) və Günter Ştayner (Haas) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…