Xatırladaq ki, keçən il Malayziyada bütün sessiyalar quru havada baş tutmuşdular…
F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü havanın temperaturu +31 dərəcəyə qədər yüksələcək. Mülayim şimal-qərb küləyi əsəcək və hazırda yağıntı ehtimalı 60%-dir. Şənbə və bazar günləri isə yağışın yağma ehtimalı 90%-ə yüksələcək. Hər iki gündə tufan gözlənilir.