Malayziya-2017: Günün sürücüsü – Sebastyan Fettel

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, sıralanma turunda iştirak edə bilmədiyi üçün yarışa son yerdən başlayan, lakin möhtəşəm çıxış edərək finiş xəttini dördüncü keçən Ferrari-nin sürücüsü Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Alman sürücü carı mövsümün ilk yeddi yarışının beşində bu ada layiq görülmüşdü, lakin Kanada Qran Prisindən bəri fərqlənə bilmirdi.

Alman sürücü indiyə qədər ən çox “Günün Sürücüsü” mükafatını qazanmaqda Maks Ferstappenə çatıb – hər ikisi keçən ilin ilk yarışı olan Avstraliya Qran Prisindən bəri azarkeşlər tərəfindən 9 dəfə fərqləndiriliblər.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Sebastyan Fettel
Çin Qran Prisi Maks Ferstappen
Bəhreyn Qran Prisi Sebastyan Fettel
Rusiya Qran Prisi Valtteri Bottas
İspaniya Qran Prisi Sebastyan Fettel
Monako Qran Prisi Sebastyan Fettel
Kanada Qran Prisi Sebastyan Fettel
Azərbaycan Qran Prisi Ləns Stroll
Avstriya Qran Prisi Valtteri Bottas
Britaniya Qran Prisi Daniel Rikkardo
Macarıstan Qran Prisi Kimi Rəykkönen
Belçika Qran Prisi Lyuis Həmilton
İtaliya Qran Prisi Daniel Rikkardo
Sinqapur Qran Prisi Lyuis Həmilton
Malayziya Qran Prisi Sebastyan Fettel
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*