Malayziya-2017: Bukmeyker cədvəlləri

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bu dəfə bukmeykerlər sürətli Sepanq trasında mövsümün lideri lyuis Həmiltonu əsas favorit hesab edirlər. Titula digər namizəd Sebastyan Fettelin şansları isə azca aşağı dəyərləndirilir.

Sinqapur Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.95
Sebastyan Fettel 2.62
Valtteri Bottas 7.00
Daniel Rikkardo 15.00
Maks Ferstappen 17.00
Kimi Rəykkönen 23.00

 

İki həftə əvvəl Fettelin uğursuzluğundan maksimum faydalanan Həmilton rəqibi üzərində üstünlüyünü 28 xala çatdırmışdı – bukmeykerlər hesab edirlər bu fərqi ləğv etmək almaniyalı sürücü üçün çətin olacaq və britaniyalı sürücü növbəti dəfə titula sahib çıxacaq…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.14
Sebastyan Fettel 5.00
Valtteri Bottas 101.00

 

Bukmeykerlərin fikrincə, Mühəndislər Kuboku uğrunda mübarizə faktiki olaraq başa çatıb…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.00
Ferrari 26.00
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*