Malayziya-2017: Birinci sərbəst yürüşlər

Sessiyanın startına 15 dəqiqə qalmış Sepanqda leysan başlayıb, ona görə də start təxirə salınıb. Təhlükəsizlik Maşını bir neçə dəfə trasa çıxıb. Leysan dayanan kimi vəziyyət düzəlməyə başlayıb və 30 dəqiqə ləngiməklə pit-leynin çıxışında yaşıl işıq yanıb.

F-1.az bildirir ki, sürücülər trasa əvvəlcə yağış təkərləri ilə çıxıblar, daha sonra isə göy təkərləri yaşıl təkərlərlə əvəzləyiblər. Amma ilk 30 dəqiqə ərzində sadəcə yoxlama dövrələri ilə kifayətləniblər və yalnız son yarım saat ərzində trasda aktiv işləməyə başlayıblar. İlk tam dövrə vuraraq protokollara adını yazan sürücü isə Rikkardo olub.

Trasın vəziyyəti hər dəqiqə yaxşılaşdığı üçün sürətlər anbaan artıb, amma trasın bu vəziyyətin Red Bull sürücüləri daim sürətli olublar. Sonda isə birinci sətirdə Ferstappen qərarlaşıb, Rikkardo komanda yoldaşına 0.7 saniyə uduzub, sessiyanın sonunda Alonso ilk üçlüyü tamamlayıb.

Dörd komandada sürücü dəyişikliyi olub: Antonio Covinatsi Haas-da, Şarl Lekler Sauber-də, Şon Gelael Toro Rosso-da və Sergey Sirotkin Renault-da yağışlı trasda nəyə qadir olduqlarını göstəriblər. Bu əvəzləmələrdən başqa Toro Rosso komandasında Daniil Kvyatı tam həftəsonu əvəz edəcək Pyer Qasli də debüt edib.

İlk sessiyanın ən bəxtsiz sürücüsü isə Felipe Massa olub – yoxlama dövrəsindən sonra braziliyalı sürücünün maşınında hidravlik problemlər üzə çıxıb və o bir daha trasa qayıtmayıb. Sessiya zamanı sürücülərin çox kiçik səhvlərlə yadda qalıb, amma ciddi xəsarət alan olmayıb. Nahardan sonra sessiya davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:48.962 11
2 3 Daniel Rikkardo Red Bull 1:49.719 + 0:00.757 12
3 14 Fernando Alonso McLaren 1:50.597 + 0:01.635 6
4 7 Kimi Rəykkönen Ferrari 1:50.734 + 0:01.772 12
5 5 Sebastyan Fettel Ferrari 1:51.009 + 0:02.047 12
6 44 Lyuis Həmilton Mercedes AMG 1:51.518 + 0:02.556 8
7 77 Valtteri Bottas Mercedes AMG 1:52.007 + 0:03.045 10
8 18 Ləns Stroll Williams 1:52.295 + 0:03.333 9
9 10 Pyer Qasli Toro Rosso 1:52.380 + 0:03.418 14
10 46 Sergey Sirotkin Renault 1:53.521 + 0:04.559 10
11 30 Colion Palmer Renault 1:53.625 + 0:04.663 10
12 2 Stoffel Vandorn McLaren 1:53.771 + 0:04.809 10
13 31 Esteban Okon Force İndia 1:53.896 + 0:04.934 6
14 38 Şon Gelael Toro Rosso 1:54.610 + 0:05.648 13
15 11 Serxio Peres Force İndia 1:54.669 + 0:05.707 4
16 37 Şarl Lekler Sauber 1:55.280 + 0:06.318 10
17 94 Paskal Verlyayn Sauber 1:55.652 + 0:06.690 10
18 8 Roman Qrojan Haas 1:56.211 + 0:07.249 8
19 50 Antonio Covinatsi Haas 1:56.339 + 0:07.377 6
20 19 Felipe Massa Williams 3
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*