F-1.az bildirir ki, Sepanqın yenilənmiş asfalt örtüyünün təkərlərin tez yeyilməsinə səbəb olacağı hamını narahat edib. Üstəlik, burada havanın həddən artıq isti olması da buna təsir edib. Pirelli bura Hard, Medium və Soft təkərləri gətirib.
Birinci sessiyaya Felipe Massa Hard təkərlərlə çıxsa da, 1 dövrə vurduqdan sonra boksa qayıdıb. Fernando Alonso, Ferrari və Red Bull sürücüləri Medium təkərlərlə, yerdə qalan sürücülər isə Soft təkərlərlə trasa çıxıblar. Güc qurğusunu dəyişdirdiyinə görə ümumilikdə 45 yer itirmək cəzası alan Fernando Alonso sıralanmadan əvvəl bildirmişdi ki, formal olaraq bir dövrə vuracaq və turu televizordan izləyəcək. O, belə də edib. Yarışa son yerdən başlamağa məcbur olan Fernandonun sürətli dövrələr vurmasının heç bir əhəmiyyəti yox idi və təkərlərə qənaət etmək vacibdir.
Lyuis Həmilton 1:34.444-lük nəticə göstərərək ilk sessiyada protokollara başçılıq edib. O, Niko Rosberqi cəmi 0,016 saniyə qabaqlayıb. Kimi Rəykkönen komanda yoldaşını 0.001 saniyə qabaqlayaraq 3-cü olub. Alonso və Mercedes AMG sürücülərindən başqa, Daniel Rikkardo da ilk sessiyada ikinci cəhddən imtina ediblər. Alonso ilə birlikdə mübarizəni Eriksson, Nasr, Palmer, Okon və Verlyayn dayandırıblar.
İkinci sessiyaya bütün sürücülər Soft təkərlərlə çıxıblar. Həmilton elə ilk cəhddəcə sessiyanın ən sürətli dövrəsini vurub – 1:33.046. O, Rosberqi yarım saniyə üstələyib. Mercedes AMG, Red Bull, Ferrari komandalarının sürücüləri və Massa ikinci cəhdlərinə çıxmayıblar. Bu sürücülər ilk 7 yerdə qərarlaşıblar. Üçüncü sessiyaya keçməyə imkan verən son 3 yer uğrunda gərgin mübarizə gedib. Censon Batton möhtəşəm dövrə vuraraq 8-ci olarkən, Force İndia sürücüləri 9-cu və 10-cu yerləri tutaraq həlledici sessiyaya yüksələ biliblər. İlk onluğa düşə bilməyən Bottas, Qrojan, Qutyerres, Maqnussen, Kvyat və Sayns mübarizəni dayandırıblar.
Son sessiyada Həmilton bu həftəsonu möhtəşəm olduğunu bir daha sübut edib – onun ilk cəhddə nəticəsi 1:32.850 olub və bu, Lyuisə poulu qazanmaq üçün kifayət edib. Rosberq ilk cəhddə heç də yaxşı çıxış etməyib və yalnız 5-ci ola bilib. Lakin ikinci cəhdində yol verdiyi 2 səhvə baxmayaraq, yarışa komanda yoldaşının yanından başlamağa haqq qazanıb. İkinci sıranı Red Bull, 3-cü sıranı Ferrari, 4-cü sıranı isə Force İndia sürücüləri zəbt ediblər – Ferstappen, Fettel və Peres komanda yoldaşlarını qabaqlaya biliblər. Censon Batton 9-cu, Felipe Massa isə 10-cu yerdən yerdən start alacaq.
Bununla da, Lyuis Həmilton karyerasındakı 57-ci poulunu qazanıb. Sabah bizi olduqca maraqlı start və yarış yarış gözləyir!
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:34.444 | 3 | 1 | 1:33.046 | 3 | 1:32.850 | 5 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | 2 | 1:34.460 | 3 | 2 | 1:33.609 | 3 | 1:33.264 | 6 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 12 | 1:35.443 | 6 | 3 | 1:33.775 | 3 | 1:33.420 | 6 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 7 | 1:35.079 | 3 | 4 | 1:33.888 | 3 | 1:33.467 | 6 |
5 | 5 | Sebastyan Fettel | Ferrari | 4 | 1:34.557 | 8 | 6 | 1:33.972 | 3 | 1:33.584 | 6 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 3 | 1:34.556 | 8 | 5 | 1:33.903 | 3 | 1:33.632 | 5 |
7 | 11 | Serxio Peres | Force İndia | 6 | 1:35.068 | 5 | 10 | 1:34.538 | 6 | 1:34.319 | 6 |
8 | 27 | Niko Hülkenberq | Force İndia | 5 | 1:34.827 | 3 | 9 | 1:34.441 | 6 | 1:34.489 | 6 |
9 | 22 | Censon Batton | McLaren | 10 | 1:35.267 | 8 | 8 | 1:34.431 | 6 | 1:34.518 | 3 |
10 | 19 | Felipe Massa | Williams | 9 | 1:35.267 | 4 | 7 | 1:34.442 | 3 | 1:34.671 | 6 |
11 | 77 | Valtteri Bottas | Williams | 8 | 1:35.166 | 3 | 11 | 1:34.577 | 6 | ||
12 | 8 | Roman Qrojan | Haas | 11 | 1:35.400 | 8 | 12 | 1:35.001 | 6 | ||
13 | 21 | Esteban Qutyerres | Haas | 15 | 1:35.658 | 8 | 13 | 1:35.097 | 6 | ||
14 | 20 | Kevin Maqnussen | Renault | 13 | 1:35.593 | 7 | 14 | 1:35.277 | 6 | ||
15 | 26 | Daniil Kvyat | Toro Rosso | 16 | 1:35.695 | 6 | 15 | 1:35.369 | 6 | ||
16 | 55 | Karlos Sayns | Toro Rosso | 14 | 1:35.605 | 6 | 16 | 1:35.374 | 6 | ||
17 | 9 | Markus Eriksson | Sauber | 17 | 1:35.816 | 8 | |||||
18 | 12 | Felipe Nasr | Sauber | 18 | 1:35.949 | 8 | |||||
19 | 30 | Colion Palmer | Renault | 19 | 1:35.999 | 8 | |||||
20 | 31 | Esteban Okon | Manor | 20 | 1:36.451 | 9 | |||||
21 | 94 | Paskal Verlyayn | Manor | 21 | 1:36.587 | 9 | |||||
22 | 14 | Fernando Alonso | McLaren | 22 | 1:37.155 | 5 |