F-1.az xəbər verir ki, ilk dövrələrini Hard təkərlərlə vuran Mercedes AMG komandasının britaniyalı sürücüsü Soft təkərlərə keçdikdən sonra nəticəsini xeyli yaxşılaşdırıb və cümə günü 95 saniyədən aşağı düşə bilən yeganə sürücü olub. Niko Rosberq ondan bir qədər geri qalarkən, onların ən yaxın izləyiciləri Ferrari sürücüləri olublar. Sebastyan Fettel 3-cü, yarış simulyasiyasında işləyən Kimi Rəykkönen isə 4-cü olub.
Sepanqda bu mövsüm keçirilən digər yarışlara nisbətən əsas rəqiblərindən daha çox geri qalan Red Bull-un hollandiyalı sürücüsü Maks Ferstappen 5-ci, Daniel Rikkardo isə 8-ci ola bilib. Motor dəyişikiliyinə görə yarışa sonuncu yerdən başlayacaq Fernando Alonso ilk sessiyada olduğu kimi, bu dəfə də yaxşı təsir bağışlayıb. Yeddinci olan ispan sürücünün komanda yoldaşı Censon Batton 10-cu olub.
Mühəndislər Kubokunda 4-cü yer uğrunda mübarizə aparan Force İndia əsas rəqibi Williams-ı sərbəst yürüşlərdə qabaqlayıb. İlk sessiyada maşını yanan Kevin Maqnussen ikinci sessiyanın sonunda yenidən trasa çıxıb və komanda yoldaşına 0,7 saniyə uduzaraq 19-cu ola bilib. Sabah məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:34.944 | – | 35 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:35.177 | + 0:00.233 | 36 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:35.605 | + 0:00.661 | 37 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:35.842 | + 0:00.898 | 31 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:36.037 | + 0:01.093 | 29 |
6 | 11 | Serxio Peres | Force İndia | 1:36.284 | + 0:01.340 | 33 |
7 | 14 | Fernando Alonso | McLaren | 1:36.296 | + 0:01.352 | 27 |
8 | 3 | Daniel Rikkardo | Red Bull | 1:36.337 | + 0:01.393 | 30 |
9 | 27 | Niko Hülkenberq | Force İndia | 1:36.390 | + 0:01.446 | 37 |
10 | 22 | Censon Batton | McLaren | 1:36.715 | + 0:01.771 | 22 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:36.836 | + 0:01.892 | 30 |
12 | 30 | Colion Palmer | Renault | 1:36.940 | + 0:01.996 | 36 |
13 | 77 | Valtteri Bottas | Williams | 1:37.016 | + 0:02.072 | 37 |
14 | 21 | Esteban Qutyerres | Haas | 1:37.048 | + 0:02.104 | 28 |
15 | 19 | Felipe Massa | Williams | 1:37.110 | + 0:02.166 | 19 |
16 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:37.297 | + 0:02.353 | 29 |
17 | 9 | Markus Eriksson | Sauber | 1:37.449 | + 0:02.505 | 28 |
18 | 12 | Felipe Nasr | Sauber | 1:37.547 | + 0:02.603 | 26 |
19 | 20 | Kevin Maqnussen | Renault | 1:37.664 | + 0:02.720 | 19 |
20 | 8 | Roman Qrojan | Haas | 1:37.789 | + 0:02.845 | 25 |
21 | 94 | Paskal Verlyayn | Manor | 1:37.878 | + 0:02.934 | 34 |
22 | 31 | Esteban Okon | Manor | 1:37.990 | + 0:03.046 | 36 |