F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, Lyuis Həmilton qələbəyə Niko Rosberqdən bir qədər yaxındır. Əvvəlki yarışlarda əmsallar arasındakı fərq daha böyük idi, lakin Nikonun son 3 yarışda qalib gəlməsi vəziyyəti bir qədər dəyişdirib.
Malayziya Qran Prisində qələbə (sürücülər) | |
Lyuis Həmilton | 2.25 |
Niko Rosberq | 2.35 |
Daniel Rikkardo | 10.00 |
Sebastyan Fettel, Maks Ferstappen | 12.00 |
Kimi Rəykkönen | 29.00 |
Serxio Peres, Niko Hülkenberq, Valtteri Bottas | 251.00 |
Fernando Alonso | 301.00 |
Censon Batton | 401.00 |
Felipe Massa | 501.00 |
Titul uğrunda mübarizədə Rosberqin Sinqapur Qran Prisində qalib gələrək liderliyə yüksəlməsini bukmeykerlər də nəzərə alıblar. Onlar Nikonun şanslarını əvvəlki yarışlara nisbətən yüksək qiymətləndiriblər.
Dünya çempionatında qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.67 |
Niko Rosberq | 2.20 |
Sebastyan Fettel, Kimi Rəykkönen, Daniel Rikkardo, Maks Ferstappen | 2001.00 |
Bukmeykerlər Mühəndislər Kuboku üçün reytinq cədvəli tərtib etməyiblər – hansı komandanın qalib gələcəyi artıq hər kəsə məlumdur…