Malayziya-2016: Texniki analiz

F1-dəki bu və digər aerodinamik qərarın uğurunun qiymətləndirilməsinin ən asan yolu onun surətini nə qədər tez və fəal şəkildə çıxarmalarıdır. Həqiqətən müvəffəqiyyətli tapıntılar dərhal populyarlaşırlar, özü də çox vaxt əsas faydanı heç də ixtiraçı əldə etmir. F-1.az saytı sizə ən maraqlı yenilikləri təqdim edir.

McLaren arxa qanadla işi davam etdirir

Sinqapur Qran Prisindəki sərbəst yürüşlərdə komanda artıq antiqanadın yeni versiyasının davranışını öyrənirdi – Fernando Alonso, ToroRosso-nun tətbiq etdiyi ideyalardan istifadə olunmuş konfiqurasiya ilə işləyirdi.  

Keçən mərhələdə McLaren-in əsas məqsədi sonradan aerodinamik boruda və hesablama hidrodinamikası proqramlarında istifadə edilmək üçün maksimum məlumatların toplanmasından ötrü olan müqayisəli testlər idi. Bu irəliyə doğru növbəti addım atmağa imkan verdi.

Yadda saxlamaq mühümdür ki, McLaren-in bu sahədəki bütün hərəkətlərini Şpilberq trasında meydana gələn və demək olar ki, dərhal qarajın uzaq küncünə (1) yığışdırılmış konseptual həllin işlənib hazırlanmasına istiqamətlənmiş həmən qüvvə və vasitələrin prizmasından nəzərdən keçirmək lazımdır. O variant gözlənilən səmərəliyi gətirmədi və keçid şəraitində maşının davranışını olduqca qeyri-sabit elədi.

McLarenin arxa qanadı
McLarenin arxa qanadı

 

Malayziyada yeni qanad hər iki MP4/31 bolidində quraşdırılmışdı. Konstruksiya daha artıq ekstremal oldu. O əvvəlkitək yeni lövhələrin yuxarı ön tərəfində deşik-“jalüzlərdən” istifadə edir – STR, Sauber və Mercedes-in timsalı üzrə. Bu zaman rəqiblərdən fərqli olaraq deşiklər nəzərəçarpacaq qədər uzundur – onlar əslində aerodinamik müstəvilərə qədər davam edir.

Bu “jalüzlər” təzyiq enib-düşməsinin meydana çıxdığı müstəvilərin yan lövhə ilə qovuşmasında formalaşan qasırğalanmaya nəzarət üçündür. Onların istifadəsi ön müqaviməti azaltmağa və asfaltayatma qüvvəsi əlavə etməyə imkan verir.

Komanda köməkçi (2) səthin hücum bucağını artırmağı bacardı ki, bu da asfaltayatma qüvvəsini artırdı, hansı ki, ön müqavimət əvvəlkitək qaldı, ola bilsin ki, hətta azaldı.

2

 

Maraqlı məqam həm də ondadır ki, deşiklərin böyük miqdarı yan lövhəni iki hissəyə bölür: yuxarı “jalüzlərə” və aşağı, burada lövhənin ön kənarı əyilmiş formadadır.

 

Ferrari SF 16-H splitteri 

Malayziyaya səfər ərəfəsində Ferrari-də bir daha qeyd etdilər ki, indiki maşını heç kim gözardı etməyə hazırlaşmır və onun təkmilləşməsi üzrə işlər davam edir. Sepanqa komanda kiçik də olsa, bir neçə yenilik gətirdi.

Dürüst olaraq təsdiq etmək lazımdır ki, SF 16-H onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirə bilmədi, lakin bu yaxınlarda Maranellodakı texniki qərargahda olan yerdəyişmələr ən azı, zəif yerləri aşkarlamağa imkan verir ki, ünvanlı olaraq məhz onlarla işlənilsin.

Bu dəfəki tamalamalardan biri splitterin kənarları boyu hər iki tərəfdə simmetrik olaraq uzanan kiçik şaquli bortcuqlardır (3- sarı ilə fərqləndirilib).

Ferrari SF 16-H splitteri
Ferrari SF 16-H splitteri

 

Onların vəzifəsi – buradan keçən hava axınının formasını dəyişməkdir. İdealda bu, ardınca onun yolu üstündə yerləşən deflektor və altlığın ön kənar-haşiyəsinin səmərəliyinə müsbət təsir etməlidir.

Həmçinin, qeyd etməyə dəyər ki, Silverstounda debüt edən (4) və sonradan Spa və Montsada gözə dəyməyən vertikal “üzgəclər” bu dəfə də yoxdur. Bu ona dəlalət edir ki, Malayziyada komanda yolun düz hissələrində SF 16-H-in maksimal sürətinə istinad etməyə hazırlaşırdı.

4

 

Williams FW38-in “dişli” ön qanadı

Qrouvda maşında 2016-cı ildə nəyin səhv olduğunu araşdırmaqda davam edirlər, hətta indi əsas diqqət qarşıdakı çempionata yönəlsə də.

İlk hibrid 2014-cü il mövsümünün uğurları hələ yaddaşlarda təzədir, amma bunların fonunda iki sonrakı çempionat Williams-ın ifasında əsla elə də güclü olmadı: rəqiblər daha uğurlu tərəqqiyə nail ola bildilər. Amma komanda pulu daha çox olanlarla vuruşmaqda davam edir.

Bu il britaniyalıların əsas çətinlikləri təkərlərlə bağlıdır: onları optimal rejimə keçirmək və sonra onu yetərincə uzun müddət dəstəkləmək mürəkkəbdir.

Məhz buna görə Williams-a, elə son vaxtlar Maranelloda şassinin təkərlə qarşılıqlı fəaliyyətinə cavabdehlik daşıyan qrupa rəhbərlik edən Ferrari-nin keçmiş mühəndisi Antonio Spanyolonu dəvət elədilər (5).

Williams FW38-in “dişli” ön qanadı
Williams FW38-in “dişli” ön qanadı

 

İndi Williams-da belə bir ehtiyatla ümid edirlər ki, yeni mütəxəssisin spesifik təcrübəsi indiki çempionatın ikinci yarısında fayda gətirəcək, amma daha çox Spanyolo növbəti mövsümdə, F1 digər reqlamentə keçdikdə kömək eləməlidir.

Baxmayaraq ki, gələn ilə hazırlıq üçün resursları azaltmaq ağıllı iş olmazdı, özü də indi, Williams-ın Force İndia ilə hər iki komandadan əlavə qüvvə və vasitələr tələb edən Mühəndislər Kubokunda dördüncü yer uğrunda vuruşunun ən qaynar çağında.

 

ToroRosso STR11-in arxa qanadı

Son Qran Pridə İtaliya komandası müqayisəli testlər apararaq, aydınlaşdırmağa cəhd elədi ki, nə üçün hələ yayda Almaniyada təqdim edilmiş böyük paket əvvəlkitək, çalışmalı olduğu kimi işləmək istəmir.

Komandada irəliyə doğru ciddi addıma ümid bəsləyirdilər – təkmilləşmə üçün addım elə seçilmişdi ki, Ferrari-nin keçənilki mühərriyinin Spa və Montsadakı yollarda olan güc çatışmazlığını heç olmazsa, qismən kompensasiya etmək mümkün olsun.

Təəssüf ki, ümidlər doğrulmadı, bu da STR-i xüsusi mühəndislər qrupu ayırmağa vadar elədi, onlar səbəbi aradan qaldırmağa cəhd göstərirdilər, hansı ki, hər iki pilot sərbəst yürüşlərin əhəmiyyətli qismini müqayisəli məlumatların toplanmasına sərf edirdilər.

Qrupun ilk qənaətləri bildirir ki, yeniliklər asfaltayatma qüvvəsinə elə əlavə eləyir ki, elə Faentsada da ona ümid bəsləyirdilər. Ancaq eyni zamanda həm də ön müqavimətin artması müşahidə olunub, özü də o gözlənildiyindən elə yüksək oldu ki, yeniliklərin bütün pozitiv effektini yoxa çıxardı.

Bundan çıxış eləyərək, komandaların işi asfaltayatma qüvvəsi və müqavimət arasındakı əbədi kompromisin tapılmasına həsr etməklə, maşınlara yeni antiqanad versiyası quraşdırmaları tam məntiqi görünür.

Əsas müstəvi kəpənək qanadları formasında yerinə yetirilib: mərkəzi hissədəki qısa vətər səthin kənarlara doğru kiçik aşağı enişi və nəzərəçarpan genişlənməsi ilə uyğunlaşır.

Onun istifadəsi üçün DRS sistemi ötürücüsü, eləcə də indi ortada daha ifadəli V-şəkilli oyuğu olan köməkçi səth yenidən düzəldildi (6).

ToroRosso STR11-in arxa qanadı
ToroRosso STR11-in arxa qanadı

 

Mövsümün startında ToroRosso-nun tətbiqinin pioneri kimi çıxış etdiyi “jalüzlər” yan lövhələrdə öz yerini saxladı. Asfaltayatma qüvvəsinin yüksək səviyyəsi üçün olan konfiqurasiyasında bu cür elementlər üçdür. Onlar qanad səthlərinin yan lövhə ilə qovuşuğundakı zərərli qasırğaları dağıtmağa kömək edir.

 

Mercedes W07-nin ön qanadı

Dünya çempionları təkmilləşmənin sürətini azaltmırlar: Sepanqa komanda ön antiqanadın növbəti variantını gətirdi ki, bunun da konstruksiyasında yan lövhələrin indi populyar olan “jalüzləri” ilə paralellər görmək olar.

Breklidə maşının arxa hissəsində sınaqdan keçirilmiş konsepsiyanı irəli keçirməyə cəhd etdilər – bizim şəklimizdə göründüyü kimi, qanadın əsas səthi yan lövhədən ayrılaraq boyaboy uzun bir kəsik əmələ gətirib.

Detalların birləşdirilməsi üçün metal bərkitmələrdən istifadə olunub ki, bunlar havanın axınına demək olar ki, maneçilik törətmir və konstruksiyanın möhkəmliyini təmin edir.

Bu cür həll, əvvəllər iki səthin birləşmə yerində hiss olunan mənfi aerodinamik effekti nəzərəçarpacaq dərəcədə aşağı salmağa imkan verir. İndi təzyiqlərin lokal paylaşdırılması başqalaşıb, bütövlükdə qanadın yaratdığı axınların paylaşdırılmasının mənzərəsi də dəyişib (7).

Mercedes W07-nin ön qanadı
Mercedes W07-nin ön qanadı

 

Mercedes, əvvəlki versiya ilə müqayisə edərək, yeniliyi cümə günü sınaqdan çıxardı. Hazırda, pilotu dinləyərək və göstəriciləri təhlil edərək, komanda ondan uik-endin qalan sessiyalarında istifadə edib-etməməklə bağlı qərara gəlməlidir.

 

ToroRosso-nun konsepsiyasını yeni səviyyəyə necə çıxardılar

Biz artıq dəfələrlə cığıraçanın bu mövsümdə ToroRosso komandasının olduğu bir ən təzə yenilik barəsində danışmışıq. Söhbət arxa qanadın yan lövhələrinin yuxarı hissəsindəki deşik-“jalüzlərdən” gedir. Bu sahədə üfüqi deşiklərdən əvvəllər də tez-tez istifadə olunub – yenilik ondadır ki, indi onlar ən ön kənar-haşiyəyədək çatırlar.

Belə bir təshihi etmək olar ki, STR maliyyə və mühəndis resursları nöqteyi-nəzərindən ortababdır, amma, əlbəttə ki, liderlə bəhsə girmək iqtidarında deyil.

Bu o deməkdir ki, komandada, qrandlar üçün xeyli riskli görünə biləcək müxtəlif həllərdən istifadə edilməsinin yeri var. Biz artıq son vaxtlar məhz bu cür hərəkətləri texniki direktor Ceyms Kinin ifasında dəfələrlə görmüşük. Reallaşdırılmasının peletonun gah bu, gah da digər maşınında axtarılıb tapılması mümkün olan bir çox ideyalar məhz onun qərargahına məxsusdur.

Peyda olduqdan dərhal sonra özünü müsbət baxımdan göstərən konsepsiyalar arasında ən təzəsi bir qırağı əyili STR11 yan lövhələrinin yuxarı hissəsindəki üfüqi deşiklər oldu. Biz ənənəvi olaraq onları “jalüzlər” adlandırırıq.

İdeya faydalı göründü və komanda onu yalnız qanadın orijinal versiyasında (rəsmin əsas hissəsi) deyil, həm də asfaltayatma qüvvəsinin kiçik səviyyəsi (sol keçirmə) versiyasında gerçəkləşdirdi.

Daha artığı, “jalüzlər” hətta işlənmiş qazlar (tüstü) borusunun üstündəki kiçik qanadcığın (8-sağ keçirmə) üzərində də peyda oldu. Onlar ümimi səmərəliyi yüksəltməyə kömək edir, o cümlədən işlənmiş qazlar axınına daha arzuolunan konfiqurasiya verir.

8

 

Rəqiblər bunca nəzərəçarpan yeniliyi əldən buraxa bilmədilər: artıq çempionatın gedişində Mercedes, McLaren və hətta Sauber bu konsepsiyaya dair öz versiyalarını təqdim etdilər.

Əlbəttə, onlar 2017-ci ildə “jalüzlərdən” istifadəni davam etdirə bilərlər. Yeri gəlmişkən, 2008-ci ildə, antiqanadlar qısa olduğu zaman oxşar ideyalar artıq mühəndislər tərəfindən istifadə olunurdu.

 

 

Mənbə: Giorgio Piola, Matt Somerfield, Afgan Haji
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*