F-1.az xatırladır ki, yanvar ayının 15-nə kimi istehsalçılar xərcləri azaltmaq üçün həll yolu tapmalıdırlar. Əks halda alternativ standart mühərrik ideyası yenidən gündəmə gələ bilər.
Mosli fikirləşir ki, mühərrik sayını 3-ə endirməkdənsə, 2 mühərrikdən istifadəyə icazə verilməlidir: “Hazırda əsas problem mühərrik xərcləri və təminatıdır. Mövsüm boyunca 2 mühərrikə icazə vermək bu problemin həll yolu ola bilər.
Bu yolla mühərrik alan komandaların da xərclərini azaltmaq olar. Hazırda istifadə edilən mühərriklərdə cüzi dəyişikliklər edərək, buna çatmaq olar.
Düzdür, Mühərrik istehsalçıları bu qaydanın mümkünsüz olduğunu deyə bilərlər. Ancaq F1 tarixində heç vaxt bu cür təxminlər qəbul edilməyib…”