Maks Ferstappenin mühəndisi Conatan Uitlini əvəz edəcək?

İki gündür Red Bull-un çempion komandasının idman direktoru Conatan Uitlinin gedəcəyi barədə məlumat yayılıb.

F-1.az xəbər verir ki, britaniyalı mütəxəssis mövsümün sonuna qədər işləyəcək, bundan sonra onu məcburi altıaylıq məzuniyyət gözləyir, daha sonra isə o, Sauber/Audi komandasına rəhbərlik edəcək.

Britaniya mətbuatının məlumatına görə, Red Bull Uitlinin əvəzinə başqa komandalardan əvəzləyici axtarmayacaq və ümumiyyətlə, idman direktoru vəzifəsindən imtina edəcək, onun vəzifələrini iki əməkdaş arasında bölüşdürəcək.

Bildirilir ki, Uitlinin vəzifələrinin bir hissəsini Maks Ferstappenin yarış mühəndisi Canpyero Lambyaze öz üzərinə götürəcək. Komandanın FİA ilə qarşılıqlı əlaqəsinə aid olan işin bir hissəsi isə komandanın seçiləcək daha bir əməkdaşına həvalə ediləcək.

Red Bull hələlik Lambyazenin yeni vəzifələri barədə məlumatı şərh etməyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*