F-1.az bildirir ki, bu günlərdə Red Bull komandası trasda olmuş və özü ilə RB8-i – 2012-ci ilin çempion maşınını gətirmişdi. Yerli azarkeşlərin kumiri və trasın təqvimə qayıtmasının birbaşa səbəbkarı olan Maks Ferstappen bu gün çempion maşının sükanı arxasında yenidən qurulan trasda bir neçə dövrə vuub.
Gənc sürücü yarış maşınının sükanı arxasında yenilənmiş Zandvortu sınamış ilk idmançı olub, avtodromun mətbuat xidməti isə hadisəni trasın “ilk təftişi” adlandırıb.