MakNiş: Zaydlın Sauber-ə qoşulmasının Audi-yə aidiyyəti yoxdur

Audi-nin yarış proqramının koordinatoru Alan MakNiş bildirib ki, 2026-cı ildə Formula1-ə daxil olmağı planlaşdıran alman şirkətinin Andreas Zaydlın Sauber-ə keçməsi ilə heç bir əlaqəsi yoxdur.

F-1.az xəbər verir ki, Zaydl 2019-cu ilin yanvar ayından McLaren komandasının lideri vəzifəsində çalışır, lakin keçən ilin sonunda Frederik Vassyör Ferrari-nin xidmətlərindən imtina etmək qərarına gələn Mattia Binottonu əvəz etmək üçün Hinvildən Maranelloya köçəndə, Sauber Qrupuna rəhbərlik edəcəyi açıqladı.

Alan MakNiş: “Aydındır ki, Sauber-də nə isə dəyişməli idi, çünki Vassyör Alfa Romeo-dan Ferrari-yə keçdi və onun üçün bu, çox böyük dəyişiklikdir. Bundan əlavə, Frederik ART komandasına rəhbərlik etdiyi illərdə bir çox sürücülərin karyerasında iştirak edib. İndi Hinvildə onu Andreas əvəz etdi, lakin bu Sauber və Alfa Romeo-dan asılıdır. Bunun indi Audi və proqramımızla heç bir əlaqəsi yoxdur.

Biz gələcək mühərrik üzərində işləyirik, güc qurğularının inkişafı, lazımi infrastrukturun qurulması, lazımi texnoloji bazanın hazırlanması üzrə ixtisaslaşmış şirkət yaradırıq. Yeni nəsil güc qurğusunda elektrik hissəsinin rolu xeyli artacaq, bundan əlavə, bioyanacağa keçid olacaq və bütün bunlar bu sahənin inkişafında əsas amillərə çevriləcək.

Deməliyəm ki, ən maraqlı an gəlib çatdı. Formula1-ə daxil olmaq qərarı Audi üçün böyük an oldu”.

Sauber Motorsport 2023-cü ildə Alfa Romeo ilə tərəfdaşlığını davam etdirəcək, lakin bu, italyan avtomobil istehsalçısının komandanın titul sponsoru olaraq qalacağı sonuncu mövsüm olacaq, daha sonra isə Audi onun ötən payızda elan edilmiş yeni strateji tərəfdaşı olacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*