MakNiş: Audi-də hamı artıq ilk Qran Prini gözləyir

Keçmiş Formula1 sürücüsü, FormulaE və Le Manda Audi zavod komandasının başçısı Alan MakNiş Motorsport Magazine podkastında şirkətin 2026-cı ildə çempionata daxil olmaq üçün gərgin hazırlıq proqramı haqqında danışıb.

F-1.az xatırladır ki, Audi şirkəti Sauber MotorSport-la idmana qayıtmaq barədə elan verib.

Alan MakNiş: “Son 18 ay Audi üçün çox gərgin oldu, xüsusən 2022-ci ildə – mən bunu əvvəllər görməmişdim. Adama elə gəlir ki, 2026-cı il hələ çox uzaqdadır, amma artıq qarşıdakı döngədən sonradır. İlk yarışa 39 ay qalıb, amma artıq hamı onu böyük səbirsizliklə gözləyir!

Yadımdadır, Toyota Le Man proqramından sonra F1 debütü üçün heyətini üç dəfə artırmalı idi, lakin şərtlər dəyişdi. Onda büdcələr məhdud deyildi, həftəsonu hər bir maşında üç dəfə mühərrikləri dəyişirdik, indi isə bütün mövsüm üçün güc qurğularının sayı bu qədərdir.

2002-ci ilin sonunda Toyota-dan Renault-ya keçəndə ilk test dövrəm Toyota-da sıralanma turu dövrəsindən daha sürətli oldu. Orta qrupun komandaları ilə qələbə uğrunda mübarizə aparanlar arasında onda da böyük uçurum var idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*