Madriddə Formula1-in rəsmi sərgisi açılıb

Mətbuat nümayəndələrinin və çempionatın rəhbərliyinin iştirakı ilə Madriddəki İFEMA kompleksində Formula1-in ilk rəsmi sərgisi açılıb.

F-1.az xəbər verir ki, sərgidə bütün on komandanın eksponatları, o cümlədən Bəhreyndə yanmış Roman Grosjeanın Haas VF-20-nin qalıqları, eyni mövsümdə İtaliya Qran Prisini qazanmış Pyer Qaslinin AlphaTauri maşını və bir çox tarixi bolidlər nümayiş etdirilir.

Sərgidə Formula1-in ilk onilliklərinə aid bir sıra fotoşəkillər, yarış dəbilqələri, Ferrari-nin ilk mühərriki mühərriki və dünya çempionatının tarixini əks etdirən çoxsaylı audiovizual sənədlər yer alır.

Stefano Domenikali: “Madrid sərgisi innovativ və yüksək cəlbedici nümayiş vasitəsilə Formula1-in tarixini əks etdirir. Mən xüsusilə şadam ki, bunu ilk olaraq ehtiraslı ispan azarkeşlər gördü. Hamımızın sevdiyi idmanımızın ürəyini və ruhunu çatdırmaqda bizə kömək edən hər kəsə minnətdaram”.

Sərgi pərəstişkarlar üçün martın 24-dən açıqdır və biletlərin qiyməti 19,99 avrodur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*