F-1.az xəbər verir ki, çempionatın rəhbəri Madrid şəhərinin də təqvimdə yer almaq istədiyini bildirib. Biz də İspaniyanın paytaxtının rəhbərliyinin belə iddiaları barədə daha əvvəl məlumat vermişik.
Stefano Domenikali: “Madriddə yarışın təşkili üçün layihə üzərində işləyirlər və buna görə biz çox şadıq. Çempionat bütün dünyada inanılmaz dərəcədə populyardır və biz bilirik ki, insanlar İspaniyada yarışları hansı həvəslə izləyirlər. Fernando Alonso ilə işləmişəm və onu yaxşı tanıyıram.
Karlos Saynsın da sayəsində İspaniyada F1-ə marağın artdığını görmək çox xoşdur. Madridin yarışa ev sahibliyi etməkdə maraqlı olduğunu bilirik və Barselona ilə də müqaviləmiz var – bu, sadəcə əladır.
Heç vaxt “heç vaxt” deyə bilməzsən, amma İspaniyada iki yarış keçirmək çox çətin olacaq. Barselona ilə əməkdaşlıqdan məmnunuq, lakin Madrid də öz yarışını istəyir. Bütün bunlar yalnız Formula1-in xeyrinədir”.