Madrid F1-ə ev sahibliyi etmək istəyir

İspaniya Qran Prisi illərdir ki, Barselonada baş tutur. Ölkənin paytaxtı da təqvimdə yer almaq istəyir, mükəmməl idman və əyləncə şousu vəd edir.

F-1.az bildirir ki, Madrid İcmasının Ədliyyə və Daxili İşlər naziri Enrike Lopes bu həftənin əvvəli Formula1-in rəhbəri Stefano Domenikaliyə məktub göndərib.

Məktubun mətni belədir: “Madrid İcması adından şəhərimizdə Formula1 yarışının keçirilməsinə olan marağımızı ifadə etməkdən məmnunam. Dövrümüzün ən həyəcanverici idman növlərindən biri olan bu yarışları Madriddə keçirmək F1-in inkişafında iştirak edən bütün peşəkar insanlar, qurumlar və şirkətlər üçün bir uğur olar. Əlbəttə, bu həm də bölgəmiz və insanlar üçün bir məmnuniyyətdir. Bunu reallaşdırmaqda maraqlıyıq. Qısacası, Formula1-ə ən möhtəşəm şəkildə ev sahibliyi etmək üçün müqavilə bağlamaqda çox istəkli olduğumuzu bildirmək istəyirəm. İdmanı Madridə gətirmək üçün sizinlə və komandanızla çalışmağa hazırıq”.

Xatırladaq ki, mayda Barselonada baş tutan yarış ərəfəsində tıxac və təşkilati problemlər olmuş və F1 rəhbərliyi promouterə xəbərdarlıq etmişdi. Katalunya trasında həftəsonu ərzində 300 min adam gəlmişdi və heç bir şey bu qədər insanı qarşılamaq üçün hazır deyildi.

Xatıdlaraq ki, Madridin Xarama trası Formula1-i 1968-ci ildən 1981-ci ilə qədər fasilələrlə 9 dəfə qəbul edib. Lakin tras çox köhnədir və müasir F1 standartlarına uyğun deyil.

F1-in keçirilməsinə olan maraq son dövrlərlə çox artıb. Növbəti il təqvimə Cənubi Afrika Respublikası və Qətər kimi ölkələrlə yanaşı, Las-Veqasın da əlavə ediləcəyi gözlənilir. Bu da icazə verilən maksimum 24 yarışa çatmaq deməkdir. İspaniyanın paytaxtı təqvimə düşmək üçün bir qədər gözləməlidir…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*