Macarıstanda yeni sıralnama formatı sınanacaq

Bu həftəsonu Macarıstanda yeni sıralanma turu formatı sınaqdan keçiriləcək.

F-1.az xatırladır ki, bu format əslində Emiliya Romanya Qran Prisində sınanmalı idi, amma yarış ləğv edildiyi üçün bu həftəsonu Macarıstanda sınanacaq.

Formula1 rəhbərliyi son illərdə idmana olan marağı artırmaq üçün fərqli yollar sınayır. Onlar artıq sıralanma turunda da dəyişiklik etmək istəyirlər, amma hazırkı sıralanma formatı azarkeşlər tərəfindən bəyənildiyi və 2016-cı ilin əvvəlindəki ələmə sisteminin yaxşı işləməməsinə görə sıralanma turunda ciddi dəyişiklik yoxdur.

Lakin bu dəfə xırda dəyişiklik edilib. Belə ki, bu həftəsonu sıralanma turunun hər sessiyasında bir növ təkər dəsti istifadə olunmalıdır. Beləliklə, gözlənilməz nəticələr alına bilər.

Sessiyalar üzrə icbari təkər seçimləri belədir:

Birinci sessiya – Hard təkər
İkinci sessiya – Medium təkər
Üçüncü sessiya – Soft təkər

Birinci sessiyadakı trafiki nəzərə alsaq, təkər qızdıra bilməyən sürücülər Hard təkərlə vaxtından əvvəl ələnə bilərlər. Macarıstanda sıralanma turunun çox vacib olduğunu nəzərə alsaq, bizi maraqlı sessiyanın gözləyəcəyibi deyə bilərik.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*