Macarıstanda sürpriz yaşana bilər?

Bu gün Macarıstanda sıralanma turu baş tutacaq. Lakin dünənki sərbəst yürüşlərdən gördük ki, sürprizlər yaşana bilər.

Bu gün sıralanma turunda yeni format sınanacaq. Belə ki, sürücülər birinci sessiyada Hard, ikinci sessiyada Medium, üçüncü sessiyada isə Soft təkərlərdən istifadə edə bilərlər. Belə olan hlada isə Hard təkəri qızdırmaqda çətinlik çəkən sürücülər sessiyanı vaxtından əvvəl başa vurmaq təhlükəsi ilə qarşılaşacaqlar.

Belə olan halda ağla ilk gələn sürücü Serxio Peresdir. Meksikalı sürücü son 5 sıralanma turunda son sessiyaya qala bilməyib. Özü də bu sıralanma turlarının hamısında komanda yoldaşı Maks Ferstappen poul qazanıb. Belə olan halda təkərləri həmişə qızdırmaqda çətinlik çəkən Çekonun bu sıralanma turunda da  işi çətin olacaq. Özü də Peresin Macarıstandakı keçmişi elə də parlaq deyil.

Sıralanma turunun digər favoriti isə Ferrari-dir. Düzdür, Lekler üçün bu tras elə də arzuolunan deyil, amma “qırmızılar”ın yavaş döngələrdəki performansı onları poul uğrunda mübarizə üçün favorit edir. Bu trasda poul almaq isə qələbənin 45 faizidir, çünki ötmə etmək çox çətindir. Lakin Maks Ferstappenin keçən il burada 9-cu yerdən başlayıb qalib gəldiyini unutmamalıyıq. Buna görə də peletonda Maks olduöu halda Hunqarorinqdə poul qələbənin təminatı deyil.

Peletondakı digər pozitiv xəbər isə Daniel Rikkardonun qayıtmasıdır. Düzdür, təcrübəli sürücü hər iki sərbəst yürüşlərdə də Yuki Tsunidadan geri qaldı, amma bu onun AlphaTauri ilə ilk həftəsonudur. Yuki isə artıq 11-ci həftəsonudur ki, bu maşınla vaxt keçirir. Onsuz da Rikkardo da əsas hədəfinin uğurlu nəticə qazanmaq yox, öyrənmək və əylənmək olduğunu demişdi.

Macarıstanda dünənki cümə sərbəst yürüşləri çox müəmmalı keçdi. Birinci sessiyada yağışa görə əksər sürücülər normal nəticə göstərə bilmədilər. İkinci sessiyadakı nəticələr isə reallığı əks etdirmirdi. Buna görə də yeni sıralanma formatında çoxlu sürprizlər görə bilərik. Odur ki, axşam saat 6-da başlayacaq sessiyanı qaçırmayın

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*