Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Formula1-də 40 Qran Prinin iştirakçısı, Amerikanın Le Man seriyasının ikiqat qalibi, əfsanəvi “Le Manın 24 saatı” yarışının qalibi Emanuele Pirro kömək edəcək.
F-1.az FİA-nın rəsmi saytına istinadən bildirir ki, həftəsonunun mübahisəli insidentlərini araşdırmaqda Pirro FİA-nın Avtoİdman üzrə Ümümdünya Şurasının üzvü, İçveç Federasiyasının prezidenti Lars Österlində və FİA-da ABŞ-ın nümayəndəsi, McLaren komandasının qurucularından biri Teddi Mayerin oğlu Tim Mayerə kömək edəcək…