Macarıstan Qran Prisi: Trasda dəyişikliklər və ötmə zonaları

FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Hunqarorinqdə istifadə zonalarını təyin edib. Builki reqlamentə uyğun olaraq Macarıstan trasında da […]

FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Hunqarorinqdə istifadə zonalarını təyin edib. Builki reqlamentə uyğun olaraq Macarıstan trasında da iki ötmə zonası olacaq.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, trasda iki maşın arasında interval yalnız bir nöqtədə ölçüləcək – 14-cü döngənin girişinə 5 metr qalmış iki maşın arasındakı məsafə 1 saniyədən az olarsa, onda arxadakı sürücü əvvəlcə start-finiş düzlüyündə, daha sonra birinci döngədən ikinci döngəyədək olan düzlükdə DRS sistemindən yararlana biləcək.

Federasiya həmçinin Formula1 yarışı ərəfəsində trasdakı dəyişikliklər haqqında da məlumat verib. Birinci döngənin sol tərəfində, beşinci döngənin xaricində və altıncı döngənin girişində yeni hasarlar qurulub. Altıncı döngədə porebrikin hündürlüyü də azaldılıb ki, maşınların bütün təkərlərinin trasdan qopması şansı azaldılsın. 14-cü döngənin xaricində təkərlərdən qurulmuş baryerin qarşısına rezin lent çəkilib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*