Quru. Günəşli. Havanın temperaturu +32° C, trasın temperaturu +52° C
Hunqarorinqdə ötmək çox çətindir, ona görə də sıralanma turu həftəsonunun həlledici sessiyası sayılır, hərçənd, Macarıstanda son on ildə yalnız 3 dəfə poulun sahibi qələbə qazanıb və hər üç halda Lyuis Həmilton qələbəyə sevinib. Britaniyalı sürücü məşqlərin bütün sessiyalarında protokollara başçılıq edib – qüvvələr nisbəti isə keçən ili xatırladıb: bu trasda motorun gücü vacib olmadığı üçün Red Bull liderə yaxın olub…
Pirelli keçənilki kimi bu dəfə də Macarıstana Medium və Soft tərkiblərini gətirib – bərk təkərlərlə bütün maşınlar trasda sürüşüblər, yumşaq təkərlər isə problem yaşamayıblar, həm də Soft təkərlərin üstünlüyü keçənilkindən də çox olub: bir dövrədə 2 saniyə. Şənbə həftəsonunun ən isti günü olub, asfaltın temperaturu +50 dərəcəni keçib, amma Medium-un qızıdırlmasına yenə də bir neçə dövrə lazım olub.
Sessiyaya bir çox sürücülər bərk təkərlərlə başlasalar da, tezlikə Rikkardodan başqa hamı yumşaq təkərlərə keçib. Yumşaq təkərlərlə Lyuis protokollara başçılıq edib – 1:22.890. Mübarizəni isə Manor və Sauber sürücüləri ilə birlikdə Censon Batton dayandırıb – britaniyalı sürücünün maşınında ERS işləmədiyi üçün start-finiş düzlüyündə vaxt itirib.
İkinci sessiyanın əvvəlində Censonun komanda yoldaşı Fernando Alonso da mübarizəni dayandırıb – ispaniyalı sürücünün maşını pit-leynin girişinə yaxın dayanıb. İkiqat dünya çempionu əvvəlcə özü maşını itələməyə başlayıb, sonra marşallar da ona qoşulublar. Qırmızı bayraqlar sessiyanın 4 dəqiqə dayandırılmasını bildirib.
Restartdan sonra Həmilton protokollara başçılıq edib – 1:22.285, Hülkenberq, Sayns, Peres, Maldonado və Alonso isə mübarizəni dayandırıblar.
Son sessiyada ilk cəhdinə Həmilton, Rosberq, Kvyat və Qrojan işlənmiş təkərlərlə çıxıblar, Ferstappen isə heç çıxmayıb. Sonra isə hamı yeni təkərlərlə çıxıb və Həmilton karyerasında 47-ci, mövsümdə 9-cu və Macarıstanda 5-ci poulunu qazanıb. Sabah yarışın startında birinci cərgəni onunla bərabər komanda yoldaşı Niko Rosberq bölüşəcək. Arxadan isə Fettel və Rikkardo ilk döngəyə lider kimi daxil olmağa çalışacaqlar. F-1.az xatırladır ki, Formula1 yarışı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq…
Yer | Pilot | Komanda | Motor | I sessiya | II sessiya | III sessiya | |||
Yer | Vaxt | Yer | Vaxt | Vaxt | Fərq | ||||
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 01 | 1:22.890 | 01 | 1:22.285 | 1:22.020 | – |
02 | N.Rosberq | Mercedes AMG | Mercedes | 02 | 1:22.979 | 02 | 1:22.775 | 1:22.595 | + 0.575 |
03 | S.Fettel | Ferrari | Ferrari | 03 | 1:23.312 | 03 | 1:23.168 | 1:22.739 | + 0.719 |
04 | D.Rikkardo | Red Bull | Renault | 12 | 1:24.408 | 04 | 1:23.230 | 1:22.774 | + 0.754 |
05 | K.Rəykkönen | Ferrari | Ferrari | 05 | 1:23.596 | 05 | 1:23.460 | 1:23.020 | + 1.000 |
06 | V.Bottas | Williams | Mercedes | 06 | 1:23.649 | 06 | 1:23.555 | 1:23.222 | + 1.202 |
07 | D.Kvyat | Red Bull | Renault | 04 | 1:23.587 | 07 | 1:23.597 | 1:23.332 | + 1.312 |
08 | F.Massa | Williams | Mercedes | 08 | 1:23.895 | 08 | 1:23.598 | 1:23.537 | + 1.517 |
09 | M.Ferstappen | Toro Rosso | Renault | 09 | 1:24.032 | 09 | 1:23.781 | 1:23.679 | + 1.659 |
10 | R.Qrojan | Lotus | Mercedes | 11 | 1:24.242 | 10 | 1:23.805 | 1:24.181 | + 2.161 |
11 | N.Hülkenberq | Force İndia | Mercedes | 10 | 1:24.115 | 11 | 1:23.826 | – | – |
12 | K.Sayns | Toro Rosso | Renault | 15 | 1:24.623 | 12 | 1:23.869 | – | – |
13 | S.Peres | Force İndia | Mercedes | 13 | 1:24.444 | 13 | 1:24.461 | – | – |
14 | P.Maldonado | Lotus | Mercedes | 07 | 1:23.895 | 14 | 1:24.609 | – | – |
15 | F.Alonso | McLaren | Honda | 14 | 1:24.563 | 15 | – | – | – |
16 | C.Batton | McLaren | Honda | 16 | 1:24.739 | – | – | – | – |
17 | M.Erikson | Sauber | Ferrari | 17 | 1:24.843 | – | – | – | – |
18 | F.Nasr | Sauber | Ferrari | 18 | 1:24.997 | – | – | – | – |
19 | R.Merhi | Manor | Ferrari | 19 | 1:27.416 | – | – | – | – |
20 | U.Stivens | Manor | Ferrari | 20 | 1:27.949 | – | – | – | – |