Pirelli şirkəti Macarıstanda komandalara “orta təkər cütlüyünü” – Medium və Soft tərkiblərini təqdim edəcək. F-1.az xatırladır ki, bu tərkiblər mövsümün 3 yarışında (Avstraliya, Çin və Bəhreyn) artıq istifadə olunub, amma Hunqarorinqdə hava çox isti olacaq…
Pol Hembri, Pirelli Motorsport: “Hamar konfiqurasiyalı sürətli Silverstoundan sonra bizi Hunqarorinq gözləyir – texniki döngələrlə zəngin olan Formula1 təqvimində ən yavaş traslardan biri. Bu tras sürücülər üçün, maşınlar üçün və təkərlər üçün ciddi çağırışdır – trasda yalnız start-finiş düzlüyündən nəfəs dərmək mümkündür.
Əlbəttə, əsas aspektlərdən biri də havadır, iyulda Budapeştdə həmişə isti olur və isti təkərlərin dağılmasına ciddi təsir edir. Təkərlərin effektliyi və resursu arasında optimal balansı təmin etmək üçün biz Medium və Soft tərkiblərini seçmişik. Döngələrdə bu yumşaq tərkiblər yaxşı ilişmə təmin etməlidirlər, uzun məsafədə isə gec yeyilməlidirlər. Bu trasda ötmək həmişə çətin olub, ona görə də yarış zamanı təkərlərdən istifadə strategiyası çox şeyi həll edəcək”.
Pirelli-nin mütəxəssisləri hesab edirlər ki, tərkiblərin bir dövrədə sürət fərqi 1.2-1.5 saniyə olacaq…