FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Hunqarorinqdə istifadə zonalarını təyin edib. Builki reqlamentə uyğun olaraq Macarıstan trasında da iki ötmə zonası olacaq.
İki maşın arasında interval yalnız bir nöqtədə ölçüləcək – 14-cü döngənin girişinə 5 metr qalmış iki maşın arasındakı məsafə 1 saniyədən az olarsa, onda arxadakı sürücü əvvəlcə start-finiş düzlüyündə, daha sonra birinci döngədən ikinci döngəyədək olan düzlükdə DRS sistemindən yararlana biləcək…