Macarıstan Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının iştirakçılarının adları açıqlanıb.
Cümə axşamı Roman Qrojan (Lotus), Niko Hülkenberq (Force İndia), Felipe Massa (Williams), Roberto Merhi (Manor), Felipe Nasr (Sauber) və Serxio Peres (Force İndia) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Yasuhisa Arai (Honda MotorSport), Mauritsio Arrivabene (Ferrari), Pol Hembri (Pirelli), Kristian Horner (Red Bull), Frants Tost (Toro Rosso) və Toto Volff (Mercedes AMG) əvəz edəcəklər.
F-1.az xatırladır ki, Formula1-də şənbə və bazar günləri isə adətən sıralanma turu və yarışın ilk üçlüyünə verilir…