Quru. Günəşli. Havanın temperaturu +31°-32° C, trasın temperaturu +52°-53° C
Nahardan sonra termometrin şkalası +30 dərəcəni keçdiyi üçün asfaltın temperaturu +50 dərəcəni keçib. Düzdür, proqnozlara görə, bazar günü hava bir qədər mülayim olacaq, ona görə də sazlanmaların axtarışı üzrə əsas işləri komandalar sabah səhər məşqlərinə saxlayıblar – bu dəfə isə hər iki təkər tərkibinin effektliyini qısa və uzun dövrələr seriyasında qiymətləndiriblər.
Force İndia komandası ağır qəzadan sonra Serxio Peresin maşınını bərpa edə bilməyib, komanda hətta digər maşında da eyni problemin yaşanması şansını qiymətləndirərək Niko Hülkenberqi də trasa buraxmayıb. Komanda yalnız sabah səhər məşqlərinə qatıla biləcək.
Trasın vəziyyəti yaxşı olmayıb, sürüşkən asfaltda hamı səhvə yol verib. Kimi Rəykkönen ilk olaraq daha yumşaq təkərlərə keçib və protokollara başçılıq edib, bir qədər sonra isə digər sürücülər də Soft-a keçiblər – isti hava uzun dövrələr seriyasında təkərlərin daha tez dağılmasına səbəb olub. Tərkiblərin sürət fərqi isə bir dövrədə 1.8-2.0 saniyə olub.
Sessiyanın sonuna 20 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanıb – 11-ci döngənin çıxışında Daniel Rikkardonun maşınında motor imtina edib – motor köhnə idi, resursu bitmək üzrə olub. Qısa fasilədən sonra pilotlar trasa qayıdıblar.
Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:23.949, ən böyük məsafəni isə Roman Qrojan qət edib. F-1.az xatırladır ki, məşqlər sabah səhər davam edəcək və komandalar Formula1 sıralanma turuna və yarışına hazırlaşacaqlar…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:23.949 | – | 36 |
02 | D.Kvyat | Red Bull | Renault | 1:24.300 | + 0.351 | 29 |
03 | D.Rikkardo | Red Bull | Renault | 1:24.451 | + 0.502 | 16 |
04 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:24.668 | + 0.719 | 34 |
05 | K.Rəykkönen | Ferrari | Ferrari | 1:25.134 | + 1.185 | 30 |
06 | K.Sayns | Toro Rosso | Renault | 1:25.599 | + 1.650 | 37 |
07 | S.Fettel | Ferrari | Ferrari | 1:25.660 | + 1.711 | 26 |
08 | F.Alonso | McLaren | Honda | 1:25.752 | + 1.803 | 31 |
09 | V.Bottas | Williams | Mercedes | 1:25.881 | + 1.932 | 35 |
10 | F.Massa | Williams | Mercedes | 1:25.920 | + 1.971 | 31 |
11 | M.Ferstappen | Toro Rosso | Renault | 1:25.935 | + 1.986 | 19 |
12 | C.Batton | McLaren | Honda | 1:25.994 | + 2.045 | 32 |
13 | P.Maldonado | Lotus | Mercedes | 1:26.090 | + 2.141 | 36 |
14 | F.Nasr | Sauber | Ferrari | 1:26.379 | + 2.430 | 36 |
15 | R.Qrojan | Lotus | Mercedes | 1:26.442 | + 2.493 | 39 |
16 | M.Erikson | Sauber | Ferrari | 1:26.831 | + 2.882 | 29 |
17 | F.Lyaymer | Manor | Ferrari | 1:29.113 | + 5.164 | 29 |
18 | U.Stivens | Manor | Ferrari | 1:29.115 | + 5.166 | 28 |
19 | N.Hülkenberq | Force İndia | Mercedes | – | – | – |
20 | S.Peres | Force İndia | Mercedes | – | – | – |