Quru. Günəşli. Havanın temperaturu +30°-31° C, trasın temperaturu +44°-46° C
Macar trası çox az istifadə olunduğu üçün cümə günü toplanmış məlumat şənbə günü aktuallığını itirə bilər – çünki asfalt işlənmiş rezinlə örtüldükcə trasın xarakteristikası dəyişir və yaxşılaşır, amma bu gün nahardan sonra komandalar hər iki təkər tərkibinin effektliyini qiymətlənidrə biliblər.
Komandalar yalnız təkərlərlə işlə kifayətlənməyiblər, 3 həftəlik fasilədən sonra komandaların çoxu yeniliklər gətiriblər. Qarşıda çempionatı 4 həftəlik yay tətili gözləyir, tətil zamanı bazalarda işləmək qadağan olunduğu üçün bir çox komandalar üçün bu yeniliklər mövsümdə sonuncu olacaq – tətildən sonra bu komandalar bütün resurslarını gələn mövsümün maşını üzərinə yönəldəcəklər.
Hava günəşli olub, ciddi insident yaşanmayıb, hamı uzun məsafə qət edə bilib. Nahardan əvvəl olduğu kimi protokollara Sebastyan Fettel başçılıq edib…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | S.Fettel | Red Bull | Renault | 1:21.264 | – | 34 |
02 | M.Uebber | Red Bull | Renault | 1:21.308 | + 0.044 | 42 |
03 | R.Qrojan | Lotus | Renault | 1:21.417 | + 0.153 | 40 |
04 | F.Alonso | Ferrari | Ferrari | 1:21.426 | + 0.162 | 34 |
05 | F.Massa | Ferrari | Ferrari | 1:21.544 | + 0.280 | 37 |
06 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:21.802 | + 0.538 | 42 |
07 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:21.991 | + 0.727 | 40 |
08 | K.Rəykkönen | Lotus | Renault | 1:22.011 | + 0.747 | 32 |
09 | C.Batton | McLaren | Mercedes | 1:22.180 | + 0.916 | 41 |
10 | A.Sutil | Force İndia | Mercedes | 1:22.304 | + 1.040 | 41 |
11 | P.di Resta | Force İndia | Mercedes | 1:22.526 | + 1.262 | 39 |
12 | S.Peres | McLaren | Mercedes | 1:22.529 | + 1.265 | 37 |
13 | P.Maldonado | Williams | Renault | 1:22.781 | + 1.517 | 36 |
14 | E.Qutyerres | Sauber | Ferrari | 1:22.837 | + 1.573 | 42 |
15 | N.Hülkenberq | Sauber | Ferrari | 1:22.841 | + 1.577 | 39 |
16 | J.E.Vern | Toro Rosso | Ferrari | 1:23.369 | + 2.105 | 34 |
17 | D.Rikkardo | Toro Rosso | Ferrari | 1:23.411 | + 2.147 | 41 |
18 | V.Bottas | Williams | Renault | 1:23.646 | + 2.382 | 34 |
19 | Ş.Pik | Caterham | Renault | 1:24.325 | + 3.061 | 38 |
20 | Q.van der Qarde | Caterham | Renault | 1:25.065 | + 3.801 | 36 |
21 | J.Byanki | Marussia | Cosworth | 1:25.143 | + 3.879 | 39 |
22 | M.Çilton | Marussia | Cosworth | 1:26.647 | + 5.383 | 33 |