Quru. Günəşli. Havanın temperaturu +27°-28° C, trasın temperaturu +39°-46° C
Nahardan əvvəl iki komanda test sürücüsü ilə çalışıb – sükan arxasına GP2 seriyasının son iki çempionu oturublar: Lotus komandasında mövsümdə 6-cı dəfə Roman Qrojanı 2014-cü ilin çempionu Colion Palmer, Manor komandasında isə Roberto Merhini 2013-cü ilin çempionu Fabio Lyaymer əvəzləyib.
Lotus komandasının sessiyada iştirakı sual altında olub – komanda Pirelli şirkətinin haqqını ödəmədiyi üçün təkərsiz qalıb, problem isə sessiyanın başlamasına bir saat qalmış həll olunub: təkərlər gəlsə də, onların qızdırılması və işçi temperatura çatdırılması zaman tələb edib. Ona görə də Palmer tam işləyə bilməyib.
Adətən, Macarıstan trasında asfalt cümə günü tozlu, çirkli və sürüşkən olur, ona görə də komandalar sazlanmaların axtarışını 2-ci sessiyaya saxlayıblar – 1-ci sessiyada isə aerodinamik yeniliklərin effektliyinə qiymət veriblər: maşınlar trasa müxtəlif ölçmə cihazları və aerodinamik boya ilə çıxıblar.
Məşqlərin bir saatının tamamında qırmızı bayraqlar dalğalanıb – Serxio Peres porebrikin üzərində maşının arxa asılqanının sınması üzündən idarəetməni itirib və baryerlərə çırpılaraq açıb. Serxio maşını özü tərk edib, amma qaydalara görə tibbi mərkəzə göndərilib və sonra komandanın boksuna qayıdıb. Maşın ciddi zədələnib, onun təxliyyəsi xeyli vaxt aparıb.
İkinci dəfə qırmızı bayraqlar sessiyanın sonunda göstərilib – 12-ci döngənin çıxışında gözlənilmədən Kimi Rəykkönenin maşınında ön antiqanad sınıb. Sessiyanın finişinə 1 dəqiqə qalmış restart verilib və bəzi sürücülər start proseduruna hazırlaşmaq üçün trasa çıxıblar.
Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:25.141 (keçənilki nəticəni 0.7 saniyə yaxşılaşdırıb), ən çox məsafəni isə Maks Ferstappen qət edib. F-1.az xatırladır ki, nahardan sonra Formula1 məşqləri davam edəcək.
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:25.141 | – | 18 |
02 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:25.250 | + 0.109 | 22 |
03 | K.Rəykkönen | Ferrari | Ferrari | 1:25.812 | + 0.671 | 23 |
04 | D.Rikkardo | Red Bull | Renault | 1:26.053 | + 0.912 | 20 |
05 | D.Kvyat | Red Bull | Renault | 1:26.070 | + 0.929 | 17 |
06 | S.Fettel | Ferrari | Ferrari | 1:26.395 | + 1.254 | 14 |
07 | K.Sayns | Toro Rosso | Renault | 1:26.727 | + 1.586 | 25 |
08 | S.Peres | Force İndia | Mercedes | 1:26.776 | + 1.635 | 14 |
09 | V.Bottas | Williams | Mercedes | 1:26.825 | + 1.684 | 19 |
10 | M.Ferstappen | Toro Rosso | Renault | 1:26.934 | + 1.793 | 27 |
11 | F.Alonso | McLaren | Honda | 1:27.272 | + 2.131 | 16 |
12 | C.Batton | McLaren | Honda | 1:27.308 | + 2.167 | 17 |
13 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:27.317 | + 2.176 | 11 |
14 | F.Massa | Williams | Mercedes | 1:27.381 | + 2.240 | 19 |
15 | F.Nasr | Sauber | Ferrari | 1:27.409 | + 2.268 | 24 |
16 | M.Erikson | Sauber | Ferrari | 1:27.732 | + 2.591 | 23 |
17 | P.Maldonado | Lotus | Mercedes | 1:28.568 | + 3.427 | 9 |
18 | U.Stivens | Manor | Ferrari | 1:29.693 | + 4.552 | 17 |
19 | F.Lyaymer | Manor | Ferrari | 1:30.631 | + 5.490 | 18 |
20 | C.Palmer | Lotus | Mercedes | – | – | 4 |