F-1.az xatırladır ki, “narıncılar” son iki yarışda gətirdikləri yeniliklərlə sürətləniblər. Lando Norris Avstriya yarışında podium uğrunda, Britaniya yarışında isə qələbə uğrunda mübarizə aparıb. McLaren son iki yarışda 42 xal toplayaraq, 5-ci yerdəki mövqeyini möhkəmləndirib.
İndi isə növbədə orta sürətli döngələri olan Hunqarorinq var. McLaren-in burada tempimi qoruyub-qorumayacağı müəmmalıdır.
Komandanın rəhbəri Andrea Stella: “Uğurlu keçən Britaniyadan sonra tempimizi qorumaq və MCL60-ın performansından ən yaxşı formada faydalanmaq üçün Macarıstana gedirik. Budapeşt Silverstouna nisbətən fərqli trasdır.
Orada çoxlu döngəıər var və yenilənmiş MCL60 üçün yeni bir test olacaq. Eyforiyaya qapılmırıq. Ümid edirik ki, orada gözəl həftəsonu keçirərik”.
Komandanın sürücüsü Lando Norris: “Silverstounda podiuma yüksəlmək çox gözəl idi. Bu nəticəni davam etdirməyə çalışacağam.
Keçən həftə komandanın bazasında idim. Macarıstana hazırlaşmaq üçün mühəndislərlə birgə işləyəcəm.
Növbəti yarışdakı tempimizi dəyərləndirmək üçün səbirsizlənirəm. Hunqarorinq çətin və maraqlı trasdır. Bundan başqa Budapeşt qəşəng şəhərdir. Bu yarışı səbirsizliklə gözləyirəm”.