F-1.az xatırladır ki, cümə günü məşqlərdə əvvəlcə Corc Rassell, sonra isə Şarl Lekler hamıdan sürətli olub. Dünən isə Lyuis Həmilton həm son məşqlərdə, həm də sıralanma turunda qalib gəlib və uzun fasilədən sonra poulun sahibi olub.
Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib.
Yarışa ilk cərgədən Həmilton və Verstappen, ikinci cərgədən McLaren sürücüləri başlayıb.
Startda Verstappen yerini qoruyub, Norris və Piastri Həmiltonu keçiblər. Stardakı qəza iki Alpine sürücüsünün yaırşı dayandırması ilə nəticələnib.
Sayn xeyli yer qazanıb. İlk pit-stoplardan sonra Həmilton kifayət qədər vaxt itirib.
Demək olar ki, hamı yarışda 2 pit-stop edib. Yarışın sonu podyum uğrunda mübarizə ilə yadda qalıb. Starda ikinci yerə yüksələn Piastri komanda yoldaşının gerisində potdən qayıtdıqdan sonra Perez və Həmilton tərəfindən keçilib.
Peres Norrislə, Həmilton isə Perezlə fərqi azaltmağa başlayıb. Lakin məsafə daha çox yazınlaşmağa imkan verməyib.
Maks Ferstappen ardıcıl yeddinci, mövsümdə doqquzuncu, karyerasında isə 44-cü qələbəsini əldə edib. Red Bull ardıcıl 12-ci zəfərini əldə edərək McLaren-ə aid 35 illik rekordu yeniləyib. Lando Norris ikinci yer tutaraq ardıcıl ikinci yarışda eyni nəticəni göstərib. McLaren yarışda ən çox xal qazanan ikinci komanda olub. Podiumun son pilləsinə idə Serxio Peres yüksəlib.
Mübarizə gələn həftə Belçikada davam edəcək. Sonrasında isə çempionat iştirakçılarını bir aylıq yay fasiləsi gözləyir…