Macarıstan-2023: Üçüncü sərbəst yürüşlər

Bu gün Hunqarorinqdə hava küləklidir. Tribunalarda isə artıq Finlandiya bayraqlarını Niderland bayraqları əvəz edir...

F-1.az bildirir ki, təkərlər normadan çox qızıb və belə şəraitdə sazlanmaları tapmaq asan olmayıb. Lakin bu, Macarıstanda tanış mənzərədir.

Burada əyləclərlə işləmək, təkərlərə nəzarət də çətindir. Lakin bunlar hamısı Macarıstanda tanış mənzərədir.

Sessiya sakit keçib. Burada qaçış zonaları çoxdur və bir neçə sürücünün nəticəsi tras hüdudlarını pozduqları üçün ləəv edilib. Maqnussrn isə sürətli dövrəsində olan Həmiltona mane olub. Başqa ciddi hadisə baş verməyib.

Protokollara 1:17.811-lik nəticə ilə Lyuis Həmilton başçılıq edib. Lakin günün əsas maraqla görünən nəticələri sıralanma turunda olacaq.

Burada ötmələr etmək o qədər də asan deyil. Ona görə də, sıralanma turu böyük əhəmiyyət daşıyır. Bizi çox gərgin mübarizə gözləyir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*